ELM VƏ TƏHSİL


Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində keçid balı müəyyənləşib

Bakı, 3 avqust, AZƏRTAC

Müəllimlərin işə qəbulu müsabiqəsində Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə test imtahanlarında iştirak etmiş namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilib.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyd olunan fənlər üzrə vakansiya seçimi mərhələsində test imtahanı mərhələsindən minimum 30 bal toplayan namizədlər iştirak edə biləcəklər.

Namizədlər bu gün saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilirlər. Vakansiya seçimi prosesi avqustun 6-sı saat 10:59-dək davam edəcək.

Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş namizədlərə bu il ilk dəfə olaraq “Rəqəmsal bacarıqlar” layihəsi üzrə də vakansiya seçmək imkanı verilib. Həmin namizədlər şəxsi səhifələrinə daxil olaraq layihə üzrə çıxarılan vakansiyaları seçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.