MƏDƏNİYYƏT


Muğam ifaçıları Bakıda bir araya gəlib

Bakı, 11 oktyabr, AZƏRTAC

“Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə ənənəvi olaraq keçirilən Beynəlxalq uşaq muğam festivalı 10-cu dəfə müxtəlif ölkələrdən ifaçıları bir araya gətirib.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində gerçəkləşən final mərhələsində gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək Azərbaycanda muğam ifaçılığına göstərilən qayğıdan danışıb.

“Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə ötən illərdə keçirilən festivallardan danışıb, növbəti sənət yarışmasının iştirakçılarına uğurlar arzulayıb. Diqqətə çatdırılıb ki, builki festivala 9 ölkədən gəlmiş uşaq muğam ifaçıları qatılıb.

Sonra səhnə ifaçıların öhdəsinə verilib. Onların çıxışlarını Xalq artisti, tarzən, professor Ağasəlim Abdullayevin sədrliyi ilə beynəlxalq münsiflər heyəti qiymətləndirib. Festival iştirakçılarını Baba Salahov adına “Araz” xalq çalğı alətləri ansamblı müşayiət edib.

Azərbaycan təmsilçilərindən Kənan Bəşirli Qran-pri mükafatına, Xaqani Şahbazov 1-ci yerə layiq görülüb. Digər 1-ci yeri Misir, 2-ci yerləri İran, Azərbaycan, Türkmənistan, İraq təmsilçiləri tutub. 3-cü yeri Qazaxıstan (iki nəfər), Özbəkistan, Qırğızıstan, Türkiyədən ifaçılar bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.