Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Müharibənin günahsız qurbanları - onlar uşaqlıqlarını yaşaya bilmirlər

Ağdam, 10 dekabr, AZƏRTAC

Ermənistanın 1980-ci illərin sonundan başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti səbəbindən xalqımız hələ də müharibə şəraitində yaşayır. Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, on minlərlə insanın öldürülməsi, yüz minlərlə insanın doğma yurdundan didərgin düşərək məcburi köçkünə çevrilməsi ilə nəticələnən işğalçılıq və terror siyasətinin ölkəmizə vurduğu maddi və mənəvi zərərləri rəqəmlərlə ifadə etmək çətindir. Yerlə-yeksan edilən şəhər və kəndlərimiz, talan olunan yeraltı və yerüstü sərvətlərimiz, düşmən vandalizminə məruz qalan tarixi abidələrimiz və daha nə qədər saya, ölçüyə gəlməyən itkilərimiz barədə çox yazmış, çox danışmışıq. Təqdim olunan bu yazıda isə uşaqlıqları, yaşamaq və sağlam böyümək haqları çalınıb qəsd edilən, atəşkəs rejimində belə düşmənin ölüm saçan güllələrinin hədəfində, atəş səsləri altında dünyaya göz açan və böyüyən cəbhə bölgəsinin məsum, günahsız uşaqlarından bəhs edəcəyik.

Uşaqların qətlə yetirilməsi Ermənistanın yürütdüyü terrorizm siyasətinin tərkib hissəsidir

Azərbaycana qarşı aparılan müharibədə Ermənistan tərəfindən törədilən soyqırımı və beynəlxalq hüquq normalarına zidd digər cinayət əməlləri uşaqları da əhatə edib. Mülki insanların, o cümlədən uşaqların hədəfə alınması və qətlə yetirilməsi Ermənistanın yürütdüyü dövlət terrorizm siyasətinin tərkib hissəsidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı 193 azərbaycanlı uşaq ermənilər tərəfindən qətlə yetirilib, 71 uşaq itkin düşüb, 29 uşaq hələ də girovluqdadır. Təkcə Xocalı soyqırımı nəticəsində qətlə yetirilən 613 dinc sakinin 63-ü, yaralanan 487 nəfərdən isə 76-sı uşaq olub. Bu amansız soyqırımı zamanı 155 uşaq bir və ya hər iki valideynini itirib. Ermənistan silahlıları tərəfindən 1992-ci il fevralın 17-də törədilən Qaradağlı faciəsində isə səkkizi məktəbli olmaqla, 91 nəfər dinc sakin qətlə yetirilib, 146 uşaq yetim qalıb.

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki şəxslər, o cümlədən uşaqlar düşmən tərəfindən hədəf alınır, qətlə yetirilir. Təkcə son illərdə 34 uşaq erməni terrorunun qurbanına çevrilib. 2016-cı ilin aprel ayında Ermənistan silahlı bölmələrinin artilleriya atəşi nəticəsində Tərtər və Ağdam rayonlarının cəbhəboyu yaşayış məntəqələrində uşaqlar da olmaqla, 5 nəfər mülki şəxs ölüb, 21 nəfər yaralanıb. 2017-ci ilin iyununda Füzuli rayonunun Alxanlı kəndinin artilleriya atəşinə tutulması nəticəsində nənəsi ilə birlikdə 2 yaşlı Zəhra Quliyevanın həlak olması bütün ölkəni qəzəb və göz yaşlarına boğdu.

Ermənistan bu gün də heç bir beynəlxalq hüquqi sənədlərə və humanitar təşəbbüslərə məhəl qoymayaraq, uşaqları qətlə yetirməkdə davam edir.

Uşaqlığı əlindən alınanlar

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində öz doğma torpaqlarından qovulan bir milyondan artıq sakinin 300 mindən çoxu uşaqlar idi. Bu uşaqlar uşaqlığı zorla əlindən alınanlar, ömürlərinin ən gözəl, qayğısız çağları müharibəyə qurban edilənlərdir.

Uşaqlığı əlindən alınanlardan biri - Ağdərənin Baş Güney kəndindən məcburi köçkün Sirac Hüseynovla həmsöhbət olduq. Beş yaşında ikən doğma kəndləri işğal edilən və uşaqlığı köçkün düşərgələrində min bir əziyyətlə keçən S.Hüseynov yaşadığı dəhşətlərin yaddaşına həkk olduğunu bildirib: "Uşaqlıq xatirələrim ancaq atəş səsləri, qorxu, təlaş və bir də soyuq, şəraitsiz, illərlə davam edən çadır həyatından ibarətdir. Köçhaköçdə bir gözümü və sağlamlığımı, ən pisi isə uşaqlığımı itirdim. İndi heç yaşamadığım uşaqlığımı əkiz övladlarıma yaşatmaq üçün əlimdən gələni edirəm. Tez-tez eşidilən atəş səsləri isə buna imkan vermir. Atəş səsindən qorxub əsə-əsə mənə sığınan uşaqları ovutmaq çətin olur. Ən böyük istəyim övladlarımı uşaqlığımı yaşaya bilmədiyim doğma kəndimizdə böyütməkdir".

Müharibə Xocavənd rayonunun Qaradağlı kənd sakini Xudayət Tağıyevin də yaddaşında ağrı-acılarla dolu silinməz izlər buraxıb. X.Tağıyev həmin dəhşətli günləri belə xatırlayır: "Ermənilər 1990-cı ildən başlayaraq kəndimizi atəşə tutur, dinc sakinləri qətlə yetirirdilər. Kəndimizdə evlərin çoxu zərər çəkmişdi. Məktəbimiz dağıldığı üçün dərsə getmirdik. Bizi kəndin özünümüdafiə dəstəsi qoruyurdu. 1992-ci il fevralın 17-də ermənilər kəndimizi işğal edərək yandırdılar. Yüzdən çox kənd sakini girov götürüldü, xeyli adam öldürüldü. Mən və məndən bir sinif aşağıda oxuyan Əbülfət Hüseynov da girovların arasında idik. Girovluqda çəkdiyim əziyyəti, gördüyüm işgəncəni sözlə ifadə etmək çətindir. 17 gün sonra azad edildim. Əbülfətin taleyindən isə bu günədək heç bir xəbər yoxdur. O vaxtdan illər keçməsinə baxmayaraq hələ də çəkdiyim işgəncələri bədənimdə, görüb eşitdiyim təhqirləri qəlbimdə hiss edirəm. Müharibə mənim yaddaşımda sağalmaz izlər buraxdı. Mən sanki uşaqlığımı yaşamadan yaşlandım. Pis xatirələrlə, qəlbində kin, nifrət daşıyaraq yaşamaq çox çətindir".

Uşaqlıqları amansız müharibənin qurbanı olan Siraclar, Xudayətlər minlərlədir. Bu insanların həyat hekayələri müxtəlif olsa da, taleləri bir ad altında birləşir - uşaqlığı əlindən alınanlar.

Atəş altında böyüyən uşaqlar

İşğal altında olan ərazilərimizi nəzarətdə saxlayan düşmən ordusu ilə Azərbaycan silahlı qüvvələri arasında təmas xətti 246 kilometr məsafəni əhatə edir. Bu məsafədə təmas xəttinə ən yaxın ərazilərdə yerləşən yüzlərlə yaşayış məntəqəsi var. Həmin kəndlərdə yaşayan qəhrəman insanlar illərdir ki, vaxtaşırı düşmən təxribatı ilə üzləşsələr də, doğma torpaqlarını tərk etmir, əkib-becərir, qurub-yaradır, toy-düyünlərindən qalmır, dünyaya məkrli düşmənin fitnə-fəsadından xəbərsiz uşaqlar gətirirlər. Bəs bu uşaqlar necə böyüyür, necə yaşayır, necə təhsil alırlar? Ümumiyyətlə, öz uşaqlıqlarını yaşaya bilirlərmi?

Ağdam rayonu Ayaq Qərvənd kənd tam orta məktəbinin direktoru Həqiqət Əliyeva kəndlərinin təmas xəttinə ən yaxın məsafədə yerləşən yaşayış məntəqələrindən olduğunu bildirib: "Kəndimizdə elə bir ev, elə bir həyət tapılmaz ki, düşmən gülləsinin izi olmasın. Evlərin əksəriyyətinin damı, pəncərələri, həyətlərdəki darvazalar düşmənin açdığı atəşdən deşik-deşikdir".

Məktəbin divarlarındakı güllə izlərini göstərən direktor deyib: "Məktəbimiz dəfələrlə dərs vaxtı atəşə tutulub. Belə hallarda şagirdləri güllədən qorumaq üçün sinif otaqlarından dəhlizə çıxarırıq. Bu vəziyyətdə uşaqların normal təhsil alması çətin olsa da, pedaqoji kollektivin psixoloji dəstəyi sayəsində dərslər öz ahəngi ilə gedir. Uşaqlara zərər gəlməməsi üçün onları həm valideynlər, həm də biz müəllimlər daim nəzarətdə saxlayırıq. Xüsusən həyətlərində oynayarkən erməni snayperinin gülləsinə tuş gələn 9 yaşlı Farizin ölümündən sonra sayıqlığımızı bir qədər də artırmışıq. Bəzən uşaqların halına acıyıram. Axı, onların ən qayğısız, öz uşaqlıq dünyalarında yaşayan vaxtlarıdır. Ancaq təəssüf ki, yaşam tərzlərinə qoyulan məhdudiyyətlər, beyinlərində silinməz izlər buraxan şahid olduğu dəhşətli hadisələr və hər an düşmən tərəfdən gələ biləcək təhlükə qorxusu onları öz dünyalarında yaşamağa qoymur".

Ayaq Qərvənd kəndi düşmənin mütəmadi atəşi altında olan yüzlərlə yaşayış məntəqəsindən yalnız biridir. Həmin kəndlərin uşaqları da Ayaq Qərvənd kəndinin uşaqları kimi öz uşaqlıq dünyalarını yaşaya bilmirlər.

Müharibənin uşaqların psixoloji durumuna və sağlamlıqlarına vurduğu zərər

2016-cı ilin aprel ayında düşmənin artilleriya atəşlərinə məruz qalan Ağdam və Tərtər rayonlarının yaşayış məntəqələrində yüzlərlə ev, 5 orta məktəb, iki uşaq bağçası, iki həkim məntəqəsi, onlarla fərdi təsərrüfat zərər çəkib. Cəbhəyanı kəndlərdə zərər çəkmiş bütün evlər, dağılmış infrastruktur dövlətimizin qayğısı sayəsində bərpa edildi. Bəs insanların, xüsusən də uşaqların mənəviyyatına, psixoloji durumuna, fiziki və ruhi sağlamlığına vurulan ölçüyəgəlməz zərəri bərpa etmək mümkün oldumu?

Dövlətimiz bu sahədə də öz qayğı və dəstəyini kiçik vətəndaşlarından əsirgəmədi. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova bildirib ki, müharibə yalnız insanların ölümü, evlərinin dağılması, sağlamlıqlarını itirmələri demək deyil, həm də psixoloji, sosioloji, ictimai bir problemdir. Odur ki, mərkəz daim müharibədən zərər çəkən insanlara, xüsusən də uşaqlara öz dəstəyini göstərir.

"Mərkəzimiz 2016-cı ilin aprel ayında düşmənin cəbhəboyu yaşayış məntəqələrini artilleriya atəşinə tutması zamanı zərər çəkən ailələrin, uşaqların yanında oldu. Onları yaşadıqları qorxu və həyəcandan, stress və depressiyadan çıxarmaq üçün tədbirlər həyata keçirməyə başladıq. Gənc analara və uşaqlara evlərdə psixoloji xidmət göstərmək üçün səyyar ailə səfərləri təşkil edildi. Məktəblərdə mütəmadi olaraq dəyirmi masalar və diskussiyalar, oyunlar, yarışlar təşkil edildi ki, müharibə qorxusu və əzabı uşaqların yaddaşından silinsin. Mərkəzdə fəaliyyət göstərən loqoped, aktiv terapiya, ünsiyyət terapiyası, psixoloji terapiya və digər xidmət növlərindən, müxtəlif dərnəklərindən 1881 nəfər müharibədən zərər çəkmiş uşaq bəhrələnib. Hər il komitə tərəfindən müharibədən zərər çəkən uşaqlar üçün Azərbaycanın səfalı yerlərində yay düşərgələri, həmçinin yay tətili günlərində təbiət qoynunda "Mən həyatı sevirəm”, “Sağlam yaşamaq istəyirəm” adlı tədbirlər və gəzintilər təşkil edilir. Bundan başqa, komitə tərəfindən müharibənin dəhşətlərindən stress yaşamış, həmçinin imkansız ailələrin uşaqlarına geyim, ərzaq, məktəbli ləvazimatları verilir, psixoloji dəstək göstərilir. Əlbəttə, dövlətin və müxtəlif qurumların hər cür dəstəyə ehtiyacı olan kiçik vətəndaşlarımıza göstərdiyi qayğı həm təqdirəlayiqdir, həm də qürurvericidir. Ancaq təəssüf ki, bütün bunlara rəğmən atəşkəsin tez-tez pozulması uşaqları müharibənin dəhşətlərini unutmağa qoymur".

Müharibə şəraitinin gərginlikləri, atəşkəsin tez-tez pozulması cəbhəyanı yaşayış məntəqələrində yaşayan uşaqlar arasında nevroloji, kardioloji, şəkərli diabet, göz xəstəliklərinin artmasına səbəb olub. Ağdam rayon Uşaq Poliklinikasının şöbə müdiri Reyhan Eyvazova bildirib ki, hələ ana bətnində olan zaman ananın yaşadığı stress və həyəcanları hər bir uşaq öz körpə vücudunda hiss edir. Odur ki, cəbhə bölgəsində yaşayan hamilə qadınların psixo-sosial vəziyyəti uşaqların yarımçıq və anamaliya ilə, həmçinin erkən uşaqlıq dövrü problemləri ilə doğulmasına səbəb olur. Xüsusən 2016-cı il aprel döyüşlərindən sonra problemlərin başqa bölgələrə nisbətən artdığı müşahidə edilir. Ancaq rayonumuzun həkimləri daim ana və uşaqların problemlərinin həllinin və sağlamlıqlarının qayğısına qalırlar. Onu da deyim ki, Aprel döyüşlərinin qızğın çağında atəşin, partlayan mərmilərin səsləri altında Quzanlı qəsəbəsindəki doğum evində 8 körpə dünyaya gəlib.

Bəli, atəş altında doğulanların dünyaya gəldiyi ilk anlarda eşitdikləri atəş səsləri olur. Bu uşaqlar öz ilk çığırtıları ilə sanki "bəsdir, susun, mən yaşamaq istəyirəm" - deyə, müharibə törədənlərə, uşaqların al-əlvan dünyasını daraldanlara fəryadla səslənirlər. Ancaq təəssüf ki, onların bu fəryadı nə acgöz torpaq hərislərinin, nə də onların havadarlarının qulaqlarına çatır.

Tahir Ağaməmmədov

AZƏRTAC-ın müxbiri

Qeyd: Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO