DÜNYA


Mühəndis Sara Sabri kosmosa uçan ilk misirli olub

Qahirə, 6 avqust, AZƏRTAC

Misirli qadın Sara Sabri ABŞ-ın “Blue Origin” özəl kosmik missiyasının “New Shepard” zondunda kosmosa səyahət edib.

AZƏRTAC xəbər verir ki, 29 yaşlı mühəndis daha 5 nəfərlə Yerin üzərində 106 kilometr məsafədə orbitdə olub. Onunla birlikdə portuqaliyalı iş adamı Mario Ferreyra, britaniyalı alpinist Vanessa O”Brayn, amerikalı texnologiya lideri Klint Kelli, telekommunikasiya üzrə mütəxəssis Stiv Yanq və YouTube sosial şəbəkəsinin həmtəsisçisi Dyud Pörfekt də kosmosa səyahət ediblər.

Misirli qadın mühəndisin kosmosa səyahətini ABŞ-ın Kolorado ştatındakı “Bəşəriyyət Naminə Kosmos” adlı qeyri-hökumət təşkilatı maliyyələşdirib.

Qeyd edək ki, “Blue Origin” kosmik missiyası 2015-ci ildən həyata keçirilir və onun yaradıcısı amerikalı milyarder Ceff Bezosdur. Missiya çərçivəsində kosmosa 22 kommersiya səyahəti həyata keçirilib.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.