CƏMİYYƏT


Münxenin Baş prokuroruna ölkəmizdə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə barədə məlumat verilib

Bakı, 30 yanvar, AZƏRTAC

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Almaniyanın Münxen şəhərinin Baş prokuroru Reinhald Röttlenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdə olub.

Baş Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, yanvarın 26-da Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər. Almaniyalı prokurorlar Heydər Əliyev Mərkəzini ziyarət edərək, görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən stendlərlə tanış olub, onlara mərkəzdə yerləşən muzey və eksponatlar barədə ətraflı məlumat verilib.

Nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binasında prokurorluğun struktur qurumlarının rəhbərləri ilə görüş keçirib. Qonaqlara ölkəmizin prokurorluq və digər hüquq-mühafizə orqanlarının mütəşəkkil cinayətkarlığa, dini radikalizm və terrorçuluğa qarşı mübarizədə fəaliyyəti haqda geniş məlumat verilib.

Həmçinin nümayəndə heyəti Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi, Bakı Şəhər Prokurorluğunun mərkəzi aparatı və Xətai Rayon Prokurorluğu, habelə 7 saylı “ASAN xidmət”in fəaliyyəti ilə tanış olub.

Münxenin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.