MƏDƏNİYYƏT


Musiqi Mədəniyyəti Dövlət Muzeyində bəstəkar Şəfiqə Axundovaya həsr edilən tədbir

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət muzeyində görkəmli bəstəkar, xalq artisti, Şərqdə opera yazan ilk bəstəkar qadın Şəfiqə Axundovanın anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova, şöbə müdiri Xanım Abdinova bəstəkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə töhfələrindən söz açıblar.

Tədbir “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Əhsən Dadaşov adına “Xatirə” ansamblı və solistləri Orxan Hüseynli, Günay İmamverdiyeva, Zabitə Alıyeva, Sərxan Bünyadzadə və Kamilə Nəbiyevanın ifalarında Şəfiqə Axundovanın mahnılarından ibarət konsert proqramı ilə davam edib.

Bütün çıxışlar bəstəkarın yaradıcılığını əks etdirən muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.