MƏDƏNİYYƏT


Musiqili Teatrda ayın sonu dörd tamaşa göstəriləcək

Bakı, 21 may, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında ayın sonu maraqlı tamaşalar göstəriləcək.

AZƏRTAC xəbər verir ki, sənət ocağının səhnəsində dörd səhnə əsəri nümayiş ediləcək. Belə ki, teatrsevərlər mayın 25-də “Silva” , 26-da isə “Qoğalın sərgüzəştləri” (rus dilində) və “Toya bir gün qalmış” tamaşalarına baxa biləcəklər. Bunun yanaşı, mayın 27-də isə “Meşə çaqqalsız olmaz” tamaşası da teatrsevərlərin ixtiyarına veriləcək.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.