Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublika qadınları hərtərəfli qayğı ilə əhatə olunub

Naxçıvan, 8 mart, AZƏRTAC

Muxtar respublikada da qadınlar hərtərəfli qayğı ilə əhatə olunub. Onların işləməsi, sağlamlıqlarının qorunması və məşğulluqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Qadınların dövlət idarəçiliyində rolunun artırılması istiqamətində ciddi addımlar atılır, qadınlar və kişilər üçün əmək bazarında bərabər imkanlar yaradılır.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikirlər Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbir qeyd olunub.

Əvvəlcə muxtar respublikadakı istedadlı qadınların rəsm və əl işlərindən, eləcə də qadınlar tərəfindən nəşr olunan kitablardan və ailə təsərrüfatı ilə məşğul olan qadınların istehsal etdiyi məhsullardan ibarət Naxçıvan Muxtar Respublikasının yaranmasının 95-ci ildönümünə həsr olunmuş “Naxçıvan qadınları - 95” adlı sərgiyə baxış olub. Sərgidə 47 istedadlı qadının 230 rəsm və əl işi, 63 müəllifin 122 kitabı və ailə təsərrüfatı ilə məşğul olan 23 qadının 78 ailə təsərrüfatı məhsulu nümayiş olunub.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbir iştirakçılarını və muxtar respublika qadınlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun adından təbrik edib, onlara cansağlığı, işlərində uğurlar arzulayıb. Komitə sədri bildirib ki, bu gün qadınlar dövlət idarəçiliyinin və iqtisadiyyatın bütün sahələrində təmsil olunur və uğur qazanırlar. Bu, Prezident İlham Əliyev tərəfindən aparılan dövlət qadın siyasətinin məntiqi nəticəsidir. Azərbaycan qadını həmişə olduğu kimi, bu gün də cəmiyyətin inkişafına xüsusi töhfələr verir, milli-mənəvi dəyərlərimizin qorunmasında və yaşadılmasında, eləcə də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında müstəsna xidmət göstərir.

Ramilə Seyidova deyib: Bu gün muxtar respublikada müxtəlif peşə sahələrində çalışan qadınların sayı ilbəil artmaqdadır. Təhsil, səhiyyə, mədəniyyət sahələri ilə yanaşı, qadınlarımız həm də hüquq-mühafizə, məhkəmə, ordu quruculuğu və digər orqanlarda ləyaqətlə xidmət edirlər. Naxçıvan qadınlarının 1-i Azərbaycan Respublikasının Milli Məclisinin, 7-si Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Həmçinin muxtar respublikada nazir, komitə sədri, icra başçılarının müavinləri, eyni zamanda hakim və vəkil vəzifələrində çalışan qadınlarımız da vardır. Hazırda muxtar respublikada bələdiyyə üzvlərinin 267-si qadındır. Onlarla qadın isə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbəri vəzifəsində çalışır. Dövlət qulluğunda 500-dən artıq qadın işləyir. Yeni Azərbaycan Partiyasının muxtar respublika təşkilatında təmsil olunanların 43,6 faizi, təhsil sahəsində işləyənlərin 66,6 faizi, mədəniyyət sahəsində işləyənlərin 69 faizi, səhiyyə və sosial xidmət sahələrində işləyənlərin 77 faizi qadınlardır. Həmçinin muxtar respublikada 5500-dən artıq qadın sahibkarlıq sahəsində çalışır. Ümumiyyətlə, muxtar respublikada fəal əməklə məşğul olan əhalinin 33 faizindən çoxunu qadınlar təşkil edir.

Komitə sədri vurğulayıb ki, qadınların məşğulluğunun təmin olunması, müvafiq peşəyə yiyələnmələri üçün də bir sıra tədbirlər görülür. “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq qadınlar, xüsusən də sağlamlıq imkanları məhdud olan qadınlar peşə kurslarına cəlb olunur, onların məşğulluqları təmin edilir. Sağlamlıq imkanları məhdud qadınların cəmiyyətə inteqrasiyası üçün müvafiq tədbirlər görülür, sosial vəziyyətləri yaxşılaşdırılır, tənha, ahıl qadınlara sosial xidmətlər göstərilir, qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvü olan qadınların problemləri həll edilir. Qadınların istedad və bacarıqlarının aşkar edilməsi, eyni zamanda ailə dəyərlərimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi qorumaq və gənclərə aşılamaq məqsədilə istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar keçirilir. Bundan başqa ailələrin, xüsusilə də qadınların özünüməşğulluğunun təmin olunmasında böyük rolu olan ailə təsərrüfatlarının inkişafı da diqqət mərkəzindədir. Muxtar respublikada qadınların sağlamlıqlarının qorunması, yeni nəslin sağlam doğulması və böyüməsi də daim diqqət mərkəzində saxlanılır. Naxçıvan şəhərində müasir Doğum Mərkəzinin, rayon mərkəzlərində və kəndlərdə xəstəxana və ambulatoriyaların istifadəyə verilməsi, qadınların sağlamlığına diqqətin artırılması bunu bir daha təsdiq edir. Həmçinin rayonlarda və kəndlərdə maarifləndirici tədbirlərin keçirilməsi də bu işə öz töhfəsini verir.

“Muxtar respublika qadınları həm də Vətənə layiqli övlad böyüdən, onu düzgün tərbiyə edən, eyni zamanda, ailənin möhkəmliyini və bütövlüyünü qoruyan qayğıkeş anadır. Ötən 95 il ərzində muxtar respublika qadınları bütün sahələrdə böyük uğurlar əldə ediblər. Bunun müqabilində də qadınlarımızın əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, onlar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinə layiq görülüblər”, - deyən Ramilə Seyidova bildirib ki, İkinci Dünya müharibəsində Naxçıvandan iştirak etmiş 127 könüllü qadın, müharibə dövründə arxa cəbhədəki xidmətlərinə görə 1736 qadın, müharibədən sonrakı bərpa işlərində fərqləndiyinə görə isə 512 qadın yüksək orden və medallarla təltif olunub, qadınlarımızdan 11-i Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülüb. Ölkəmiz müstəqillik qazandıqdan ötən müddət ərzində muxtar respublika qadınlarının 152-si Azərbaycan Respublikasının, 156-sı isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb, 118 qadın orden, medal və nişanlarla təltif olunub. Komitə sədri çıxışının sonunda yaradılan şəraitə və göstərilən hərtərəfli qayğıya görə muxtar respublika qadınları adından Naxçıvan Muxtar Respublika Ali Məclisinin Sədri Vasif Talıbova minnətdarlığını bildirib.

Sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək deyib ki, bu gün Naxçıvan qadınlarının cəmiyyətin inkişafında rolu getdikcə artır, onlar cəmiyyətin bütün sahələrində təmsil olunurlar. Ötən 95 ildə muxtar respublika qadınları kişilərlə bərabər çiyin-çiyinə qurub-yaradıb, Naxçıvanın inkişafına, çiçəklənməsinə layiqli töhfələr veriblər. Ali Məclisin Sədri Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərində və dövlət idarəçiliyində muxtar respublika qadınları da yaxından iştirak edib, ictimai-siyasi, sosial-iqtisadi və mədəni proseslərin fəal iştirakçısına çevriliblər. Mirsənani Seyidov çıxışının sonunda muxtar respublika qadınlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara cansağlığı arzulayıb.

Tədbirdə kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova və ailə təsərrüfatçısı Sürəyya Quliyeva da çıxış ediblər.

Çıxışlardan sonra muxtar respublikada ictimai-siyasi fəaliyyəti ilə seçilən 38 qadına müxtəlif nominasiyalar üzrə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplomlar təqdim olunub. Həmçinin bütün tədbir iştirakçılarına hədiyyələr verilib.

Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının simfonik orkestri, Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblı, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının və Naxçıvan şəhər 11 nömrəli uşaq bağçasının balaca fidanlarının hazırladığı kompozisiya, mahnı və rəqs nömrələri ifa olunub.

Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb