REGİONLAR


Muxtar respublikada ÜDM istehsalının həcmi 1,4 milyard manatı ötüb

Naxçıvan, 17 avqust, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında bu ilin yanvar-iyul aylarında 1 milyard 458 milyon 392 min 300 manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,7 faiz çoxdur.

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artaraq 3240,2 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 604 milyon 952 min manat dəyərində məhsul istehsal edilib ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 1,2 faiz üstələyib.

Cari ilin yanvar-iyul aylarında 223 milyon 716 min 400 manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da 2016-cı ilin müvafiq dövründəki göstəricini 3,4 faiz üstələyib. Bu dövr ərzində muxtar respublika üzrə diri çəkidə 12452 ton ət, 58589,8 ton süd istehsal edilib, bir il öncəki göstərici ilə müqayisədə ət istehsalı 2,2 faiz, süd istehsalı 1,3 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.