Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Muxtar respublikada baytarlıq sahəsində görülən tədbirlər uğurla davam etdirilir

Naxçıvan, 19 noyabr, AZƏRTAC

Baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı icra olunur

Baytarlıq təbabəti hər bir cəmiyyətin sosial-iqtisadi həyatında rolu durmadan artan, insanların keyfiyyətli ət və süd məhsulları ilə bağlı tələbatının ödənilməsində müstəsna əhəmiyyətə malik olan bir sahədir. Muxtar respublikada ardıcıl şəkildə həyata keçirilən səmərəli tədbirlər nəticəsində aqrar sektorda inkişafa nail olunması kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıqda da öz əksini tapıb, məhsul istehsalında kəmiyyətlə yanaşı, keyfiyyət amilini başlıca məqsədə çevirib. Əldə edilən nailiyyətlər isə, ümumilikdə, bir amilə – əhalinin ərzaq təhlükəsizliyinin təminatına, insan sağlamlığının qorunmasına yönəlib. 

Bu məqsədlə hazırlanan “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı” Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilib. Proqramda baytarlıq sahəsində dövlət tənzimləməsi, dövlət nəzarəti və əlaqələndirmənin həyata keçirilməsi, heyvandarlıq təsərrüfatlarında elmi nailiyyətlərin, qabaqcıl təcrübənin tətbiqinə nail olunması, muxtar respublikada yoluxucu, parazitar xəstəliklərin baş verməsinin qarşısının alınması kimi bir sıra vəzifələr müəyyən edilib. Həmin xəstəliklərin baş verməməsi üçün mühüm tədbirlərdən biri tələf olmuş heyvan cəsədlərinin ətraf mühitə atılmasının qarşısının alınmasıdır. Üçüncü rübdə bu məqsədlə Dövlət proqramının icrasına uyğun olaraq Şahbuz rayonunun Ayrınc kəndində və Şahbuz şəhərində quyular qazılıb. Ümumilikdə, iyul-sentyabr aylarında tələf olmuş 19 baş iribuynuzlu və 15 baş xırdabuynuzlu heyvanın cəsədi dərmanlanaraq zərərsizləşdirilib və basdırılıb.

Muxtar respublikada heyvan xəstəlikləri ilə bağlı həyata keçirilən tədbirlərin profilaktik xarakter daşıması müstəsna əhəmiyyətə malikdir. Çünki epizootik vəziyyətin sabit saxlanması üçün qabaqlayıcı tədbirlərin görülməsi xəstəliklərin sonrakı müalicəsi ilə müqayisədə daha çox önəm kəsb edir. Bu istiqamətdə üçüncü rübdə brusellyoz xəstəliyinə görə 2 min 332 baş iribuynuzlu, 31 min 379 baş xırdabuynuzlu, 15 min 690 baş qoçdan qan, 595 patoloji heyvan nümunəsi götürülərək yoxlanılıb və heç bir xəstəlik aşkarlanmayıb. Eyni zamanda, 5 xəstəliyə görə 66 min 750 nümunə yoxlanılıb və təyinatı üzrə tədbirlər həyata keçirilib.

Peyvəndləmə işləri aparılır

Peyvəndləmə heyvanlarda immunitetin yaranmasını təmin edir. Bu da heyvandarlıqda istehsalın və məhsuldarlığın artırılmasında mühüm amildir. Dövlət proqramında nəzərdə tutulan heyvan mənşəli xəstəliklərin qarşısının alınması ilə bağlı profilaktik tədbirlərin görülməsi istiqamətində həyata keçirilən peyvəndləmə işləri də xüsusi əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi epizootik tədbirlər planına uyğun olaraq iyul-sentyabr aylarında profilaktik məqsədlə dabaq xəstəliyinə qarşı 112 min 463 baş iribuynuzlu, 33 min 791 baş xırdabuynuzlu, qarayara xəstəliyinə qarşı 40 min 229 baş iribuynuzlu, 25 min 513 baş xırdabuynuzlu heyvanda peyvəndləmə işi aparılıb. Həmçinin bu dövrdə aueski xəstəliyinə qarşı 48 min 286, emkar xəstəliyinə qarşı 19 min 365, leptospiroz xəstəliyinə qarşı 19 min 835, pasterellyoz xəstəliyinə qarşı 6 min 603, dermatofitoz xəstəliyinə qarşı 789, nodulyar dermatit xəstəliyinə qarşı 415 baş iribuynuzlu, çiçək xəstəliyinə qarşı 270 min 382, bradzot xəstəliyinə qarşı 22 min 574 baş xırdabuynuzlu, 198 baş quş, nyukasl xəstəliyinə qarşı 309 min 96 baş quşlarda peyvəndləmə həyata keçirilib.

Səmərəli və gəlirli heyvandarlığın həyata keçirilməsi üçün heyvan xəstəlikləri ilə mübarizə aparmaq əsas şərtlərdəndir. Dövlət Proqramının icrasına uyğun olaraq üçüncü rübdə 1986 obyekt üzrə 442 min 54 kvadratmetr sahədə aparılan dezinfeksiya işləri baş verə biləcək xəstəliklərin qarşısının alınmasına xidmət edib. Bu dövrdə baytarlıq preparatlarının, yemlərin və yem əlavələrinin, biostimulyatorların və hormonların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət məqsədilə baytarlıq əczaxanalarında 5 reyd keçirilib.

Süni mayalanma tədbirləri müsbət nəticələr verir

Yeni heyvan cinslərinin yaradılmasında süni mayalanmanın nailiyyətləri faktiki olaraq müasir dövrdə ən önəmli texnoloji metodlardan sayılır. Bu metoddan istifadə heyvandarlıq məhsullarının tez bir zamanda artırılmasını və heyvanların cins tərkibinin yaxşılaşdırılmasını təmin edir. Muxtar respublikada süni mayalanma işinə xüsusi diqqət yetirilir və bu istiqamətdə maddi-texniki bazanın gücləndirilməsinə yönələn tədbirlər həyata keçirilir. Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı görülən işlər, Dövlət Baytarlıq Xidmətinə mütəmadi olaraq müvafiq texnika və ləvazimatların təqdim olunması bu sahədə yeni nailiyyətlərin əldə edilməsi üçün geniş imkanlar yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Muxtar respublikada süni mayalanma işi ən kiçik detallar nəzərə alınmaqla həyata keçirilir. Bu sahədə fəaliyyətin düzgün təşkili, heyvanların cins tərkibinin yaxşılaşması insanların gəlirlərinin artmasına imkan verəcəkdir...”

Dövlət Proqramının icrasına uyğun olaraq bu ilin iyul-sentyabr aylarında muxtar respublikada 3 min 14 baş inək, düyə və camışda süni mayalanma işləri aparılıb, əvvəlcədən mayalanmış 1547 baş buzov və balaq doğulub.

Kənd təsərrüfatı istehsalçılarının risklərinin sığortalanmasına xüsusi önəm verilir

Sığorta cəmiyyətin ictimai-iqtisadi həyatının bütün sahələrini əhatə etməklə, əhalinin maddi rifahının və sahibkarlıq riskinin zəmanətçisi kimi çıxış edir. Muxtar respublikada kənd təsərrüfatı istehsalçılarının risklərinin sığortalanmasına xüsusi önəm verilir. Üçüncü rübdə 169 baş iribuynuzlu üçün 160, 556 baş xırdabuynuzlu üçün 157 sığorta müqaviləsinin bağlanması Dövlət proqramının icrası istiqamətində təşkil olunan maarifləndirici tədbirlərin öz səmərəsini verməkdə olduğunu göstərir.

Qeyd olunanlarla yanaşı, bu ilin iyul-sentyabr aylarında digər istiqamətlərdə də maarifləndirici tədbirlər davam etdirilib. Xəstəliklər zamanı ənənəvi müalicələrə üstünlük verilməsi ilə bağlı 6, müxtəlif növ heyvanların və quşların, eləcə də ayrı-ayrı yaş qrupuna malik heyvanların saxlanılma şəraiti və yeni qəbul edilən heyvanların təsərrüfatlarda 1 ay müddətində təcrid edilmiş halda saxlanılmasının vacibliyi haqqında 3 maarifləndirici görüş keçirilib. Eyni zamanda, 2 rayon qəzetində “Kənd təsərrüfatı heyvanları arasında aparılan profilaktik peyvəndləmə tədbirlərinin əhəmiyyəti” mövzusunda məqalə dərc olunub.

Arıçılıq inkişaf etdirilir

Arıçılıq kənd tәsәrrüfatının ekoloji baxımdan ən təhlükəsiz sahələrindən biridir. Muxtar respublikada arıçılığın tarixi kökləri və ənənələrinin olması yerli arı genofondunun formalaşmasına şərait yaradıb. Məhz Dövlət proqramında nəzərdə tutulan tapşırıqlardan biri yerli arı genofondunun mühafizəsindən ibarətdir. Bu məqsədlə sahibkarlar arasında maarifləndirmə tədbirlərinin təşkili diqqət mərkəzində olub. Şərur rayonunun Mahmudkənd, Axura, Culfa rayonunun Gülüstan, Şahbuz rayonunun Sələsüz, Kiçik Oba kəndlərində, Şahbuz və Babək şəhərlərində sahibkarlarla təşkil olunan görüşlərdə bu istiqamətdə tövsiyələr diqqətə çatdırılıb. Həmçinin “Oğuz səsi” qəzetində “Arıçılıq və bu sahəyə göstərilən dövlət qayğısı” adlı məqalə dərc edilib.

Muxtar respublikada Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələr ödənişlərdən azad edilib

Baytarlıq təbabəti yalnız heyvanların deyil, insan sağlamlığının qorunması üçün də həyati önəmə malik bir sahədir. Ona görə də bu istiqamətdə mütəxəssislərin yetişməsi cəmiyyətdə gələcək sağlam mühitin əsasının möhkəm təməllər üzərində dayanması deməkdir. Muxtar respublikada Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələrin ödənişlərdən azad edilməsi bu sahəyə göstərilən dövlət qayğısının yüksək səviyyədə olmasından xəbər verir. Görülən işlərin davamı kimi, Dövlət proqramında Baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələr üçün təcrübə dərslərinin keçilməsi ilə bağlı tapşırıq müəyyən olunub. Həmin tapşırığın icrasına uyğun olaraq üçüncü rübdə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Dövlət Texniki Kollecinin Baytarlıq təbabəti ixtisasında təhsil alan tələbələrə Dövlət Baytarlıq Xidməti tərəfindən təcrübə dərslərinin keçilməsi məqsədilə 2020-2021-ci tədris ili üçün “Tədbirlər planı” hazırlanıb.

Dövlət Proqramının icrası qida zəncirinin bütün mərhələlərində heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin edilməsinin mühüm təminatı, insan amili həmişə önə çəkilən muxtar respublikada əhalinin sağlamlığına verilən dəyərin təzahürüdür.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb