REGİONLAR


Muxtar respublikada əhalinin təbii qazla təminatı diqqətdə saxlanılır

Naxçıvan, 19 noyabr, AZƏRTAC

Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin olunması məqsədilə yaşayış məntəqələrinin və istehsalat sahələrinin təbii qazla təminatını həyata keçirmək üçün Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətində təsdiq olunmuş iş planına əsasən ardıcıl tədbirlər görülür.

Xidmətdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikanın şəhər və rayon ərazilərindən daxil olan müraciətlərə əsasən oktyabr ayı ərzində “Naxçıvanqaz Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 146 ədəd mənzil (ev) və müxtəlif təyinatlı obyektlər qazlaşdırılıb. Bunun 132-si əhali və 14-ü qeyri-əhali abonentdir.

Ötən ay qaz təsərrüfatında, xüsusilə, qəza sahəsində çalışanların peşəkarlıq səviyyəsini artırmaq məqsədilə onların ixtisas hazırlığına cəlb olunmasına diqqət artırılıb, yerli Qaz İstismarı idarələrinin işçiləri sentyabrın 1-dən Naxçıvan Regional Peşə Tədris Mərkəzində təşkil olunan Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsi üzrə ixtisasartırma kursuna cəlb edilib, kursu bitirən müdavimlərə sertifikat verilib.

Naxçıvan şəhərində mexaniki qaz sayğaclarının smartkarttipli qaz sayğacları ilə əvəz olunması istiqamətində işlər davam etdirilib, noyabr ayının 1-dək cəmi 20 min 418, o cümlədən cari ilin oktyabr ayında 39 ədəd qaz sayğacı quraşdırılıb. Bu işlər davam etdirilir.

Hesabat ayında Qaz İstismar Xidmətinə tabe şəhər, rayon Qaz İstismarı idarələrinin qəza-dispetçer sahələrinə 104 nömrəli 24 saat aktiv olan qaynar xəttinə təbii qaz istehlakçılarından qazsızması, qaztənzimləyicilərin nizamlanması, elektron sayğacların kilidə düşməsi və qəza-bərpa işlərinə görə, ümumilikdə, 1197 çağırış daxil olub. Ay ərzində 613 qazsızması texniki istismar və texniki təhlükəsizlik qaydalarının tələblərinə müvafiq olaraq aradan qaldırılıb.

Naxçıvan Muxtar Respublikasında oktyabr ayında yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma, abadlıq işlərinin görülməsi, qaz boru xətlərinin yerinin dəyişdirilməsi, yaşayış binalarında təmir-tikinti, korroziyaya uğramış yeraltı yol, qapı keçidlərinin yerüstü keçidlərlə əvəz edilməsi işlərinin görülməsi ilə əlaqədar olaraq müxtəlif diametrli polietilen və dəmir borulardan istifadə edilib. Yerli Qaz İstismarı idarələrinin işçiləri qaz cihazlarından təhlükəsiz istifadə qaydaları haqqında abonentlər arasında maarifləndirmə və izahat işi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.