DÜNYA


Myanmada torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 69-a çatıb

Bakı, 16 avqust, AZƏRTAC 

Myanmanın cənub-şərqindəki Mon əyalətində güclü yağışlar nəticəsində yaranan torpaq sürüşməsi 69 nəfərin ölümünə səbəb olub.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu gün torpaq altında qalan daha 6 nəfərin cəsədi çıxarılıb. Bölgədə axtarış-xilasetmə işləri davam edir.

Qeyd edək ki, ölkənin cənubundakı Benqal körfəzində tropik fırtınanın gətirdiyi güclü yağışlar səbəbi ilə son 10 gündə Mon və Kayin əyalətlərindən 12 min insan təxliyə edilib. Son həftələrdə yağan güclü yağışlar səbəbindən 89 min insan müvəqqəti sığınacaqlara və ictimai binalara yerləşmək məcburiyyətində qalıb. Avqustun 10-da baş verən torpaq sürüşməsi nəticəsində isə 34 nəfər həyatını itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.