ELM VƏ TƏHSİL
“NARKOMANİYA VƏ YENİYETMƏLƏR” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLMİŞDİR
Tədbirdə çıxış edənlər narkomaniyaya qarşı mübarizədən, onun qanunsuz dövriyyəsinin qarşısının alınmasından, orta məktəb şagirdlərinin maarifləndirilməsi işinin təkmilləşdirilməsindən ətraflı danışmışlar.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbəri İsrafil Əliyev qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyev bu təhlükəni görüb ona qarşı mübarizə işini dövlət səviyyəsinə qaldıraraq, 1996-ci ildə Dövlət Komissiyası yaratmışdır. Dövlət Komissiyası “ağ ölüm”ə qarşı qətiyyətlə mübarizə aparır. Son illər sərhədlərimiz möhkəmlənib. Ötən il respublikamızda narkomaniya ilə bağlı 2 min 69 cinayət işi qaldırılıb, 1827 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Acınacaqlı haldır ki, onların 7 nəfəri 18 yaşına catmayanlar, 88 nəfəri isə qadınlardır.