SİYASƏT
NATO OFİSİNİN BAKIDA AÇILMASI DAHA MƏQSƏDƏUYĞUNDUR
NATO-nun ofisinin Bakıda açılması Orta Asiya və Cənubi Qafqaz ölkələrinin bu təşkilatla əməkdaşlığına böyük imkanlar yarada bilər. Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov AZƏRTAC-ın müxbirinə demişdir ki, Gürcüstan ofisin Tbilisidə açılmasını təklif etmişdir. İndi bu təklif NATO rəhbərliyi tərəfindən öyrənilir. I
S.Seyidovun fikrincə, ofisin Bakıda açılması daha məqsədəuyğundur. Çünki Azərbaycanda siyasi sabitlik mövcuddur. Bakı ofis üçün binanın təmiri, telekommunikasiya və nəqliyyat xərclərini də öz üzərinə götürür. Deputatın sözlərinə görə, Azərbaycanın NATO-nun “Sülh naminə tərəfdaşlıq proqramı”nda fəal iştirakı və NATO Parlament Assambleyası ilə əməkdaşlığı Şimali Atlantika alyansının rəhbərliyinin diqqətindən yəqin ki, kənarda qala bilməz.