İQTİSADİYYAT


NAXÇIVAN BEYNƏLXALQ HAVA LİMANININ TİKİNTİSİNDƏ

Naxçıvan Beynəlxalq hava limanında terminalın birinci mərtəbəsində tikinti işləri başa çatdırılmışdır. İndi ikinci mərtəbədə beton işləri görülür.

Hava limanında əsas qüvvə terminalın yük anbarının, uçuş-enmə zolağının tikintisində cəmləşmişdir. Zolağın uzunluğu 3300, eni isə 60 metr olacaqdır. Onun 45 metr enində mərkəzi hissəsi betondan hazırlanır. Kənardakı 15 metr məsafəyə isə asfalt döşənir.

Tikinti və yenidənqurma işlərini Türkiyənin “Erenport” şirkəti görür.

Hava limanındakı zavod tikintini beton məhlulu ilə təmin edir. Müəssisə saatda 120 kubmetr beton məhlulu istehsal etmək gücünə malikdir.

Limanda su, yanacaq-sürtkü materialları anbarlarının, yanğınsöndürmə məntəqəsinin, qazanxana sisteminin, emalatxana binasının, yardımçı elektrik stansiyasının tikintisi də aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.