REGİONLAR


Naftalan: ümumtəhsil məktəblərinin 28 məzunu ali məktəblərə daxil olub

Naftalan, 18 avqust, Rauf Hacıyev, AZƏRTAC

2016-2017-ci tədris ilində Naftalan şəhərinin ümumtəhsil məktəblərinin 11-ci sinfini 62 şagird bitirib.

AZƏRTAC xəbər verir ki, həmin məzunlardan 28-i respublikanın müxtəlif ali məktəblərinə qəbul olunublar. Onlardan 1-i 600-dən, 7-si 500-dən, 1-i 400-dən, 6-sı 300-dən, 12-si isə 200-dən yüksək bal toplayıb.

Naftalan üzrə ən yüksək nəticəni Zaməddin Rüstəmov adına Qaşaltı Qaraqoyunlu tam orta məktəbin məzunu Səməd Səmədov göstərib. O, 610 bal toplayaraq Bakı Dövlət Universitetinin tarix fakültəsini seçib.

Qeyd edək ki, Naftalandan bu il ali təhsil müəssisələrinə qəbulolma göstəricisi 46 faiz olub. Bu, ötən illə müqayisədə 6 faiz çoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.