İDMAN


Naomi Valenzo: Parkur idmanı gimnastika növləri sırasına daxil edilib

Bakı, 3 dekabr, AZƏRTAC

Azərbaycan Gimnastika Federasiyasının güclü texniki bazası var. Biz federasiyanın fəaliyyətini yüksək qiymətləndiririk. Bir çox federasiyalar bu cür tədbirləri təşkil edə bilmir.

Bu sözləri Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Bakıda keçirilən 82-ci Konqresində iştirak edən Panamerika Gimnastika İttifaqının prezidenti Naomi Valenzo AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

Bakıda Konqresin maraqlı keçdiyini bildirən qonaq vacib məsələlərin müzakirə oldunduğunu diqqətə çatdırıb. O, parkurun FIG-nin növləri sırasına daxil edildiyini deyib.

“Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbovun fəaliyyətini yüksək qiymətləndirirəm. Onun səyləri nəticəsində, gimnastika beynəlxalq səviyyədə daha da inkişaf edir”, - deyə N.Valenzo əlavə edib.

Qeyd edək ki, FIG-nin Nizamnaməsinə əsasən, bu qurumun ali orqan sayılan Konqresə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.