İDMAN


“Napoli” klubu “Liverpul”un 70 milyon avroluq təklifindən imtina edib

Bakı, 5 fevral, AZƏRTAC

İtaliyanın “Napoli” klubu hücumçusu Lorenzo İnsinyeni heyətinə qatmaq istəyən “Liverpul”un 70 milyon avroluq təklifindən imtina edib.

AZƏRTAC Türkiyənin “NTV Spor” televiziyasına istinadla xəbər verir ki, “Liverpul” 27 yaşlı italiyalı futbolçunun transferi üçün qış transfer pəncərəsində “Napoli”yə 70 milyon avroluq təklif irəli sürüb. Lakin İtaliya klubu bu məbləğlə razılaşmayaraq 150 milyon avro tələb edib.

Futbolçunun “Napoli” ilə müqaviləsinin müddəti 2022-ci ildə başa çatacaq. O, cari mövsümdə İtaliya çempionatında 19 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.