REGİONLAR
Narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur
İsmayıllı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də İsmayıllıda rayon Gənclər və İdman İdarəsinin, rayon Polis Şöbəsinin və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniya - uçuruma aparan yol” mövzusunda maarifləndirici tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, peşə təhsil mərkəzində təşkil olunan, 150 nəfərə yaxın gəncin qatıldığı tədbirdə gənclər və idman idarəsinin rəisi Taleh Salehov, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Nərgiz Əlövsətli və başqaları çıxış edərək, "Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, narkomanlığın bu gün dünyanı narahat edən qlobal problemlərdən biri olduğunu vurğulayıblar. Qeyd edilib ki, bu problem cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur.
Maarifləndirici tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.