CƏMİYYƏT
Narkotik vasitə ilə saxlanılan şəxsin avtomobil qaçırması da müəyyən edilib
Bakı, 7 iyul, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mollahəsənli kənd sakini E.Mehtiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a bildiriblər ki, onun üzərinə baxış keçirilərkən 158 qramdan artıq qurudulmuş marixuana aşkarlanaraq götürülüb.
E.Mehtiyevlə bağlı aparılan əlavə əməliyyat tədbirləri ilə onun Masallı rayon sakini Ə.Abbasovun “Vaz 21013” markalı avtomobilini talama məqsədi olmadan qaçırdığı müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin avtomobil Mollahəsənli kəndi ərazisində aşkarlanaraq sahibinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.