CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt sakini saxlanılıb

Bakı, 3 may, AZƏRTAC

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları əldə edilmiş məlumat əsasında Sumqayıt şəhəri ərazisində əməliyyat keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Asif İbrahimov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 10 qrama yaxın heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq 401 qramdan artıq heroin və elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.