CƏMİYYƏT
Narkotiklərin ziyanı ilə bağlı 2 milyondan çox “Bakcell” abunəçisinə SMS-bildirişin göndərilməsi nəzərdə tutulur
Bakı, 21 iyun, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə əməkdaşlığı ilə iyunun 20-dən etibarən əhalini narkotiklərin ziyanı ilə bağlı məlumatlandırmaq məqsədi ilə “Bakcell” MMC-nin abunəçilərinə SMS şəklində zəruri bildirişin (Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802) göndərilməsinə başlanılıb.
Komissiyanın işçi qrupundan AZƏRTAC-a bildiriblər ki, SMS-lər (Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, qaynar xətt 802) mərhələli qaydada beş gün ərzində təqribən 2 milyondan çox abunəçiyə ünvanlanması nəzərdə tutulur.