CƏMİYYƏT


Naxçıvan MR-nın Babək rayonunda zəlzələ qeydə alınıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də yerli vaxtla 16:23-də Şahbuz seysmoloji stansiyasından 18 kilometr qərbdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanın maqnitudası 2.9, dərinliyi 10 kilometr olub.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.