Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikasında dövlət ailə siyasəti uğurla həyata keçirilir

Naxçıvan Muxtar Respublikasında dövlət ailə siyasəti uğurla həyata keçirilir

Naxçıvan, 15 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul edib. Həmin tarixdən etibarən 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatında vurğulanır ki, bu gün respublikamızda təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Xalqımızın dəyərlər sistemi haqqında daim yüksək fikirdə olan ölkə başçısı deyib: “Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır”.

Muxtar respublikada 98 min 198 ailə yaşayır

Naxçıvan Muxtar Respublikasında da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Belə ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, əhalinin məşğulluğunun təmin olunmasına və sağlamlığının qorunmasına, uşaq və yeniyetmələrin hərtərəfli inkişafına və eyni zamanda, güclü nəsil kimi formalaşmasına xidmət edir. Dövlətimiz tərəfindən görülən bu işlər cəmiyyətin əsas atributu olan ailələrin rifah halının gündən-günə daha da yaxşılaşdırılmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir.

Sosial rifah halının gücləndirilməsinin nəticəsidir ki, muxtar respublikada ildən-ilə ailələrin sayı artır. Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, hazırda Naxçıvan Muxtar Respublikasında 98 min 198 ailə yaşayır. Bunlardan 432-si aztəminatlı, 459-u isə şəhid ailəsidir.

Ailələrin sağlamlıqları qorunur

Muxtar respublikada ailələrin sağlamlıqlarının qorunması prioritet məsələlərdən biridir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ailələrə, qadınlara, uşaqlara müvafiq sahədə göstərilən diqqətin bariz nümunəsidir. Həmçinin qadınların sağlamlıqlarının qorunması, uşaqların sağlam böyüməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunub, ana ölümü sıfıra, uşaq ölümü isə minimuma endirilib.

Təkcə ötən il ipoteka kreditləri alan ailələrin sayı 114-ə çatıb

Yeni nəslin savadlı, intellektual, innovativ biliklərə yiyələnməsi üçün muxtar respublikada yeni məktəb binaları tikilir, müasir avadanlıqlarla təchiz olunur ki, bu da ailələrə göstərilən qayğının əyani ifadəsidir. Həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri çərçivəsində ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələsi də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı deyib: “İnsan həyatında mənzilin böyük əhəmiyyəti vardır. İnsan sağlamlığının, ailə xoşbəxtliyinin əsas amillərindən biri də məhz budur”.

Bu gün istər Naxçıvan şəhərində, istərsə də muxtar respublikanın digər rayonlarında yeni yaşayış binaları inşa edilir ki, bu da gənc və xüsusi qayğıya ehtiyacı olan ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən kompleks tədbirlərdəndir. Həmçinin “Gənclər şəhərciyi” yaşayış kompleksləri salınır, ailələrin sosial məsələlərinin həlli ilə bağlı əhəmiyyətli addımlar atılır. Həyata keçirilən sosial siyasətin mühüm bir istiqaməti də mənzillərin ipoteka yolu ilə güzəştli şərtlərlə gənc ailələrə verilməsidir. 2020-ci ildə muxtar respublikada bu məsələ diqqətdə saxlanılıb, ümumilikdə, 114 ailəyə 3 milyon 450 min manatdan artıq ipoteka krediti verilib.

Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həyatlarını qurban vermiş
42 şəhidin ailəsinə mənzil verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsi olaraq muxtar respublikada müharibə veteranlarına, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlara, eləcə də hərbi qulluqçuların, alim və fəaliyyət göstərdiyi sahədə uğurları ilə seçilən şəxslərin ailələrinə mənzillər verilib. Ötən illər ərzində muxtar respublikada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həyatlarını qurban vermiş 42 şəhidin ailəsinə mənzil verilib, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Bununla yanaşı, ötən il və cari ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 10, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş 13 və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 7 nəfər olmaqla, ümumilikdə, 30 nəfər minik avtomobilləri ilə təmin olunub. Həmçinin 1995-ci ildən bu günədək sosial qayğıya ehtiyacı olan ailələr üçün 541 ev tikilib və ya yenidən qurulub.

Beş ildə 14 min 699 işaxtaran mövcud vakansiyalar üzrə işlə təmin edilib

Əhalinin məşğulluğunun təmin olunması ailələrin sosial rifah halının yaxşılaşması istiqamətində görülən işlərin tərkib hissəsidir. Belə ki, əhalinin məşğulluğunun təmin olunması ilə əlaqədar Dövlət proqramları qəbul edilir, bu sahədə yeni nailiyyətlər əldə olunur. İcrası başa çatan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 12 min 479 yeni iş yeri açılıb və 14 min 699 işaxtaran mövcud vakansiyalar üzrə işlə təmin edilib. Cari ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 598 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub ki, onlardan 147-si gənc, 126-sı qadın, 17-si isə sağlamlıq imkanları məhdud şəxslərdir.

Muxtar respublikada 1040 ailə təsərrüfatı fəaliyyət göstərir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailələrin, o cümlədən aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi üçün müxtəlif sosial layihələr həyata keçirilir. Belə ki, ailələrə müxtəlif növdə aktivlər verilir ki, bu da muxtar respublikada ailə təsərrüfatlarının yaranmasına münbit şərait yaradır. Ailə təsərrüfatlarının yaranması da əhalinin, xüsusən də ailələrin özünüməşğulluğunun təmin edilməsində xüsusi rol oynayır. 1 yanvar 2021-ci il statistikasına əsasən muxtar respublikada 1040 ailə təsərrüfatı fəaliyyət göstərir.

Təşkil edilən sərgi-satışlarda məhdud fiziki imkanlıların və istedadlı
qadınların 27 min 441 manat dəyərində 2 min 738 rəsm və əl işi satılıb
Qadınların və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün müvafiq təlimlərin keçirilməsi və peşə kurslarına cəlbi də diqqətdə saxlanılır ki, bu da ailələrin sosial vəziyyətlərinin yaxşılaşmasına dəstək xarakteri daşıyır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların peşə kurslarına cəlbi ilə əlaqədar qadınlarla əlaqə saxlanılaraq məlumatları aidiyyəti orqanlara göndərilir. 2021-ci ilin ötən dövrü ərzində 55 aztəminatlı və məhdud fiziki imkanlı qadın üçün toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlim keçirilib. Bundan əlavə cari ildə qadınların özünüməşğulluqlarının təmin edilməsi məqsədilə Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış keçirilib, 514 şəxsin 7 mindən çox rəsm və əl işi nümayiş olunub. Sərgi-satışda, ümumilikdə, 278 müəllifin 26 min 557 manat dəyərində 2 min 583 rəsm və əl işi satılıb. Bütün bunlarla yanaşı, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən sərgi-satışda, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin satış mağazasında və “Saat Meydanı” turistik istirahət mərkəzində fəaliyyət göstərən əl işləri mağazasında 63 istedadlı qadının 884 manat dəyərində 155 əl işi satılıb.
 
Uzunömürlü, aztəminatlı, çoxuşaqlı, sağlamlıq
imkanları məhdud 62 ailəyə müvafiq köməkliklər göstərilib

Aztəminatlı ailələrə xüsusi diqqət və qayğı ilə yanaşılması muxtar respublikada ailə siyasətinin əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti dövlət orqanlarının nümayəndələri muxtar respublikada yaşayan aztəminatlı ailələrə mütəmadi baş çəkir, onların problemlərinin həlli istiqamətində müvafiq köməkliklər göstərilir, zəruri ehtiyacları ödənilir. Həmçinin aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlər görülür, onlara sosial müavinətlər ödənilir. Yeri gəlmişkən qeyd etmək olar ki, ötən il və cari ilin müvafiq dövrü ərzində komitə tərəfindən 62 uzunömürlü, aztəminatlı, çoxuşaqlı, sağlamlıq imkanları məhdud ailələrlə görüşlər keçirilib, müvafiq köməkliklər göstərilib.

102 qadına 69 min 250 manat
məbləğində sərmayə kapitalı verilib

Aztəminatlı ailələr, həmçinin sosialyönümlü layihələrə cəlb edilir. Avropa İttifaqının maliyyələşdirdiyi BMT-nin İnkişaf Proqramının qismən maliyyə dəstəyi daxil olmaqla Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra etdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi də ailə təsərrüfatının inkişafı ilə bağlı mühüm tədbirlərdəndir. Belə ki, layihə çərçivəsində öz biznes planı ilə fərqlənən 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilib ki, bu da muxtar respublikada ailə təsərrüfatlarının inkişafına, onların ailə və bizneslərində maliyyə idarə etməsi üzrə bilik və bacarıqlarının inkişafına təkan verməklə yanaşı, həm də yeni ailə təsərrüfatlarının formalaşmasına şərait yaradıb.

Bu gün muxtar respublikada öz layiqli, sosial mənəvi inkişafını təmin edən, Azərbaycanın ailə dəyərlərini özündə yaşadan ailələrimiz çoxluq təşkil edir və həmin ailələrə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Belə ki, 15 may - Beynəlxalq Ailə Günü ilə əlaqədar evliliklərinin 50, 60, 65, 70 ili tamam olan ailələrin “gümüş”, “qızıl” və “brilyant” toyları qeyd olunur, muxtar respublikanın ən uzunömürlü ailəsi ilə görüş keçirilir, onlara hədiyyələr verilir. Həmçinin uzunömürlü ailələrin gənclərlə və yeniyetmələrlə görüşləri təmin olunur.

Vətənə bağlılıq, xalqa sədaqət ailədən başlayır

Vətənə bağlılıq, xalqa sədaqət ailədən başlayır. Sevindirici haldır ki, bu gün muxtar respublika ailələrində milli irsimizə sadiq, dəyərlərimizə hörmətlə yanaşan, eyni zamanda, vətənpərvər gənc nəsillər yetişir. Ötən il 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədəki Qələbə gənclərimizin igidliyi, Vətənə, xalqa, ailəyə sədaqətin ən gözəl nümunəsidir.

Ailə cəmiyyət, dövlət üçün vətəndaş yetişdirməli, dəyərlər sistemini formalaşdırmalıdır. Odur ki, dövlət möhkəm və sağlam ailənin qurulmasında maraqlıdır. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi istiqamətində muxtar respublikada bundan sonra da ardıcıl tədbirlər görüləcəkdir.

AZƏRTAC-ın Naxçıvan bürosu

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb