REGİONLAR


Naxçıvan Qarnizonu qoşunlarında gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Naxçıvan, 10 noyabr, AZƏRTAC

9 Noyabr - Dövlət Bayrağı Günündə Naxçıvan Qarnizonu qoşunlarında andiçmə mərasimləri keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Əlahiddə Ümumqoşun Orduda keçirilən mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra gənc əsgərlər Vətənə sədaqət andı içiblər.

Mərasimdə çıxış edənlər gənc əsgərləri təbrik edib və əsgərlər də Vətənə sadiq olacaqlarına söz veriblər.

Çıxışların ardından general-mayor Teymur Eyyubov Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdırıb. Bildirilib ki, hərbi anda sadiq olmaq hər bir əsgər üçün şərəf, namus və vicdan məsələsidir. Məhz buna görə də başı üzərində Azərbaycan bayrağı dalğalanan əsgərlərimizin şücaəti hər birimizi daha da qürurlandırır.

Təbrik oxunduqdan sonra şəxsi heyətin təntənəli keçidi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.