REGİONLAR


“Naxçıvan – mənim doğma diyarım” mövzusunda inşa yazı, rəsm və şeir müsabiqələrinə yekun vurulub

Naxçıvan, 8 fevral, AZƏRTAC

“Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı”na uyğun olaraq muxtar respublikanın Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan “Naxçıvan – mənim doğma diyarım” mövzusunda inşa yazı, rəsm və şeir müsabiqələrinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqə qaliblərinin mükafatlandırılması Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova müsabiqənin əhəmiyyətindən danışaraq bildirib ki, fevralın 3-də başa çatan şəhər və rayon mərhələlərinin qalibləri muxtar respublika mərhələsində iştirak etmək hüququ qazanıblar. Fevralın 5-7-də həmin müsabiqələrin muxtar respublika mərhələsi keçirilib. İnşa yazı müsabiqəsinin muxtar respublika mərhələsində ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan və rayon (şəhər) mərhələsinin qalibi olmuş 60 şagird iştirak edib. Bədii qiraətçilərin müsabiqəsində 30 şagird istedadını sınayıb. Rəsm müsabiqəsində isə muxtar respublikanın 40 fırça həvəskarı öz bacarığını nümayiş etdirib.

İştirakçılar tərəfindən müsabiqəyə Naxçıvan Muxtar Respublikasının dünəni və bu gününü, inkişafını, təhsilini, tarixi abidələrini, təbiətini, milli-mənəvi dəyərlərini, görkəmli şəxsiyyətlərini tərənnüm edən inşa, şeir və rəsmlər təqdim olunub.

Müsabiqə iştirakçılarının işləri münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq 27 qalib müəyyən edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.