Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan ümumbəşəri dəyərlərin carçısına çevriləcək

Naxçıvan ümumbəşəri dəyərlərin carçısına çevriləcək

Naxçıvan, 6 dekabr, Rauf Əliyev, Tural Kəngərli, AZƏRTAC

“Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda Naxçıvanda keçirilən konfransın iştirakçıları muxtar respublikanın tarixi və dini-mədəni abidələri ilə tanış olub, tədbirlə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşüblər: 

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə: “İslam həmrəyliyi zamanın çağırışıdır. İslamın təlqin etdiyi birlik, ədalət, əxlaqi təkamül ideyaları həm müsəlman ümməti, həm də qeyri-müsəlmanlar üçün mühüm dəyər kəsb edir. Ölkəmiz əsrlərboyu İslam sivilizasiyasının ayrılmaz hissəsi kimi müsəlman dünyasının intibahında mühüm rol oynayıb. 

Bu gün də Azərbaycan İslam dünyasının önündə gedən dövlətlərdən biridir. Ölkəmiz ümumbəşəri əhəmiyyət daşıyan ideyaların dünya ictimaiyyətinə ünvanlandığı ənənəvi məkan statusunu qorumaqdadır. 
Tarixən çoxmillətli və çoxkonfessiyalı ölkə olan, tolerant və multikultural ənənələri ilə seçilən Azərbaycanda bu gün sabitlik və əmin-amanlıq hökm sürür, milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Təbii ki, burada dövlətimizin başçısının siyasi iradəsi böyük önəm daşıyır.
Bu gün xüsusi aktuallıq kəsb edən İslam həmrəyliyi yalnız müsəlman ölkələrində deyil, bütün dünyada harmoniyanın və dinc yanaşı yaşamağın mühüm şərtlərindəndir. Müsəlman dünyasının ümumi məqsəd ətrafında birləşdirilməsinə və vahid mövqe nümayiş etdirilməsinə nail olmaq Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Ölkəmizdə ayrı-ayrı dinlərin nümayəndələri sülh şəraitində yaşayır, milli və mənəvi dəyərlərə hörmət edilir. Elə etməliyik ki, gələcək nəsillər dini fanatizmin qurbanına çevrilməsinlər. Bu məsələdə biz alimlərin və din xadimlərinin üzərinə böyük məsuliyyət düşür. Ona görə də İslam həmrəyliyinin təmin olunmasında təkcə din alimləri deyil, həm də tarixçilər, şərqşünaslar, hətta dəqiq fundamental elmlərin nümayəndələri də fəal olmalıdırlar. Bu baxımdan Naxçıvanda keçirilən konfransın əhəmiyyəti böyükdür”.  
 
 

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli: “İslam həmrəyliyi Azərbaycan xalqının milli və mənəvi dəyərlər sistemində önəmli yer tutur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilib. Bu, İslam həmrəyliyinə çağırış olmaqla bərabər, dövlətimizin başçısının islami dəyərlərə verdiyi önəmin bariz nümunəsidir. 

Bu gün İslam aləminin həmrəyliyi zərurətə çevrilib, həmrəylik çağırışı bütün dünyada rəğbətlə qarşılanıb. Dünyada cərəyan edən siyasi proseslər onu deməyə əsas verir ki, müsəlman ölkələrinin həmrəyliyi bəzi qüvvələrin İslam adından çıxış etməsinin qarşısını ala bilər. 
Ölkəmiz bununla bağlı öz sözünü dedi və dünyaya göstərdi ki, İslam sülh, əmin-amanlıq, qardaşlıq dinidir, humanist və insanpərvər dindir. İslam mədəniyyəti insanları mənəvi zənginliyə, saflığa dəvət edir. Bu mədəniyyət nümunələrini indi doğma Naxçıvanımızın hər qarışında görmək olar. Əminliklə deyə bilərik ki, “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfransla Naxçıvan ümumbəşəri dəyərlərin carçısına çevriləcək, sözün əsl mənasında, İslam mədəniyyətinin paytaxtı olduğunu bütün dünyaya nümayiş etdirəcək”. 
 
  Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov: “Dövlətimizin başçısının 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncam böyük əhəmiyyət daşıyır. Qeyd edim ki, ölkəmiz bir sıra təşkilatların, həmçinin müsəlman ölkələrini birləşdirən mötəbər qurumların üzvüdür. Azərbaycan İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurur, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edir.  
Son illər ölkəmizdə müxtəlif dinlərin həmrəyliyi istiqamətində uğurlu siyasət aparılıb. Keçmiş sovet dövründə dinlə bağlı sərt qadağalar vardı, o vaxt Azərbaycanda cəmi iyirmi məscid fəaliyyət göstərirdi.
Hazırda ölkəmizdə məscidlərin sayı iki mini ötüb. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Bu iş Naxçıvanda da uğurla davam etdirilir, yeni məscidlər tikilir, qədim dini-mədəni abidələr bərpa edilərək həyata vəsiqə alır. Bu, ulu öndərimiz Heydər Əliyevin milli və mənəvi dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirdiyi siyasətin qədim Naxçıvanda uğurlu bəhrələrindən xəbər verir. Bu nümunələri indi hər addımda görmək olar”.  
 
  Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein: “Mən Azərbaycandakı fəaliyyətim dövründə ilk dəfədir ki, Naxçıvanda oluram. Açığını deyim ki, bu qədim diyara “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfransda iştirak etmək üçün gəlməyim çox yerinə düşdü, Naxçıvan haqqında dəyərli məlumatlar əldə etdim. Biz muxtar respublikanın paytaxtını gəzdik, tarixi-mədəni abidələri, müalicə turizmi obyektləri ilə tanış olduq.  
Paytaxtın memarlıq ansamblından da açıq-aşkar görmək olar ki, şəhəriniz uzun əsrlər boyu bir çox mədəniyyətləri özündə ehtiva edib. Buradakı İslam abidələri isə əsrarəngizdir. Biz konfransda dini həmrəyliklə bağlı maraqlı məruzələr dinləyəcəyik.
Bu konfransın təşkilatçılarına və bizi qonaqpərvərliklə qarşılayan Naxçıvan sakinlərinə minnətdarlığımı bildirirəm”. 
 
  Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete: “Bu gün Naxçıvan öz tarixinin ən maraqlı səhifələrindən birini yaşayır. Naxçıvan haqqında araşdırmalar apararkən öyrənmişəm ki, bu diyarda tarixən müxtəlif xalqlar, millətlər və dinlərdən olan insanlar sülh və mehribanlıq şəraitində yaşayıblar. Bu proses indi də davam edir, dini həmrəyliyin kökü isə əsrlər bundan öncəyə gedib çıxır.
Naxçıvanda keçirilən bu konfrans dünyada ksenofobiyanın, islamofobiyanın dərinləşməsi fonunda bizə – din xadimlərinə dini dəyərlərin qorunması işində stimul verir. “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən konfrans ümumbəşəri ideyaların qlobal əhəmiyyət daşıdığını göstərir. 
Əminliklə deyə bilərəm ki, konfransda Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin İslam həmrəyliyi ilə bağlı gördüyü misilsiz işlər haqqında ətraflı söhbət açılacaq, bu qədim diyar keçmişdə olduğu kimi, gələcəkdə də İslam həmrəyliyinin simvoluna çevriləcək”. 
 
  Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev: “Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi bütün dünya müsəlmanlarına bir həmrəylik mesajı oldu. Bu gün Azərbaycanda böyükmiqyaslı layihələr həyata keçirilir. Prezidentimiz tərəfindən elan olunan istər “Multikulturalizm”, istər “İslam Həmrəyliyi” illəri bu baxımdan Azərbaycan Respublikasının dünyada gedən proseslərə dəyərli töhfəsidir. 
Həmrəylik ideyaları ilə bağlı Naxçıvanda təşkil edilən bugünkü konfrans da dünya mədəniyyətinin, dünya müsəlmanlarının bir-biri ilə sülh və əmin-amanlıq şəraitində yaşaması baxımından əhəmiyyətlidir.
Ölkəmizdəki sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu konfrans da məhz bu amala xidmət edir”.
Qeyd edək ki, konfransda iştirak etmək üçün Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Milli Elmlər Akademiyasının, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərindən, deputatlardan və din xadimlərindən ibarət heyət muxtar respublikada səfərdədir. 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib