Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda bütün sahələrdə inkişaf prosesləri davamlı xarakter alıb

Naxçıvanda bütün sahələrdə inkişaf prosesləri davamlı xarakter alıb

Naxçıvan, 5 sentyabr, AZƏRTAC

Azərbaycan dövlətinin Naxçıvan Muxtar Respublikasında əldə etdiyi ən böyük nailiyyətlərdən biri də hərbi təhlükəsizlik sisteminin mükəmməl şəkildə qurulmasıdır. Ölkəmizin əsas ərazisindən ayrı salınmış muxtar respublikanın təhlükəsizliyindən söz açarkən əvvəlcə düşmən ölkə ilə sərhədlərdəki starteji yüksəkliklərə diqqət yönəldilir. Dağlıq ərazilərdə etibarlı müdafiə sisteminin qurulması, burada Vətənə ləyaqətlə xidmət edən əsgər və zabitlərin xidmət şəraitinin daim diqqətdə saxlanılması, maddi-texniki təminatın gündən-günə daha da yaxşılaşdırılması hər birimizdə qürur hissləri ilə bərabər, əminlik yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tez-tez muxtar respublikanın hakim yüksəkliklərində xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə, buradakı vəziyyətlə tanış olur. Ötən ayın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri növbəti dəfə Ordubad rayonunda sərhəd və dağlıq şəraitdə yerləşən hərbi hissələrdə xidmətin təşkili və şəxsi heyətin məişət şəraiti ilə maraqlanıb.

Ali Məclisin Sədri xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib.

Sonra Ali Məclisin Sədri Culfa rayonunun Ləkətağ kəndində yerləşən hərbi hissəyə gəlib, əsgər və zabitlərlə görüşüb.

Bu gün heyvandarlıqla məşğul olan insanların yaylaqlarda məskən salmalarının bir səbəbi də ordumuza, əsgərlərimizə olan güvəndir. Uca dağların əhatəsində yerləşən Ordubad yaylaqlarında da hər il heyvandarlar məskən salır, obalar qurulur. Oba sakinləri rahat və təhlükəsiz şəraitdə təsərrüfatla məşğul olurlar. Onlar bilirlər ki, torpaqlarımız göz bəbəyi kimi qorunur. Bu gün xalqımızla ordumuz arasındakı birliyin bir nümunəsi də oba sakinləri ilə burada xidmət edən əsgərlər arasında yaranıb.

Avqustun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Ordubad yaylaqlarına gəlib, oba sakinləri ilə görüşüb.

Hazırda cəmiyyətimizin bütün təbəqələri kimi, Azərbaycan Vətən Müharibəsi iştirakçıları da ölkənin ictimai-siyasi həyatında, abadlıq-quruculuq işlərində fəal iştirak edirlər. Şəhid ailələrinin və müharibə əlillərinin yaşayış şəraitinin yaxşılaşdırılması, onlara sosial xidmət göstərilməsi bu gün də dövlətimizin diqqət mərkəzindədir. Təsadüfi deyil ki, muxtar respublikada bu ilin birinci yarısında 5 müharibə əlili və şəhid ailəsi mənzillərlə təmin edilib, məhdud fiziki imkanlı 132 nəfərə müxtəlif sanatoriya və pansionatlara göndərişlər, 148 nəfərə texniki bərpa vasitələri verilib, 117 nəfərin bərpa mərkəzlərində, 6 nəfərin isə xarici ölkələrdə müalicələri təşkil edilib. Eyni zamanda 170 nəfərə protez-ortopedik xidmət göstərilib.

Muxtar respublikada məhdud fiziki imkanlı şəxslərin təhsili, əmək bazarına inteqrasiyası və yaradıcılıq potensiallarının aşkar edilməsi də diqqət mərkəzində saxlanılır. Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçıları və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların tibbi və sosial bərpası istiqamətində ardıcıl tədbirlər görülür.

Ötən ayın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində sağlamlıq imkanları məhdud olan 4 nəfər Azərbaycan Vətən Müharibəsi iştirakçısına yeni mənzillər və Azərbaycan Vətən Müharibəsinin iştirakçısı olan iki nəfərə isə “Naz-Lifan 320” markalı minik avtomobilləri təqdim edilib. Ali Məclisin Sədri yeni mənzillə və avtomobillə təmin olunanlara təbriklərini çatdırıb, mənzillərin orderlərini və avtomobillərin açarlarını təqdim edib, onlara firavan həyat arzulayıb.

Sağlamlıq imkanları məhdud Azərbaycan Vətən Müharibəsi iştirakçılarına verilən üç və ikiotaqlı mənzillər Şərur rayonunun Yengicə, Babək rayonunun Nehrəm, Kəngərli rayonunun Böyükdüz və Sədərək rayonunun Sədərək kəndlərində yerləşir. Yeni tikilən mənzillərin hər birində lazımi kommunal-məişət şəraiti yaradılıb. Həmçinin mənzillə təmin olunanlara xalça hədiyyə edilib.

Ekoloji problemlərin həlli, ətraf mühitin qorunması, təbiətin zənginləşdirilməsi Naxçıvanda daim diqqət mərkəzində saxlanılır. Muxtar respublikanın coğrafi mövqeyi, relyefi, iqlim və torpaq xüsusiyyətləri, təbii su potensialı nəzərə alınaraq, ən mühüm ekoloji tədbir kimi yaşıllaşdırma, meşəsalma və meşəbərpa tədbirlərinə xüsusi diqqət yetirilir, xüsusi mühafizə olunan təbiət obyektləri yaradılır. Keçirilən iməciliklər zamanı uzun müddət istifadə olunmayan torpaq sahələrində yeni meyvə bağları salınır. Torpaq, yurd sevgisinin, ətraf mühitə və təbii sərvətlərə qayğının daha bir ifadəsi olan iməciliklər isti yay günlərində də davam etdirilir. Avqustun 6-da Naxçıvan Muxtar Respublikasında növbəti iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına qulluq göstərilib. Uzun müddət əkilməyən 10 hektar ərazidə yaz aylarında terras üsulu ilə 3 minə yaxın müxtəlif meyvə tingləri əkilib, damcılı suvarma sistemi quraşdırılıb. İməcilik iştirakçıları meyvə tinglərinə aqrotexniki qulluq göstəriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, payız aylarında ərazidə üzüm tinglərinin əkilməsi barədə tapşırıqlar verib.

Muxtar respublikanın inkişaf konsepsiyasına uyğun olaraq insanlara hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin institusional əsasları, infrastrukturu və insan resursları inkişaf etdirilir. Məhz bunun nəticəsidir ki, son illər muxtar respublikada 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Hazırda Naxçıvan Dövlət Texniki Kolleci üçün yeni binanın, eləcə də 12 məktəb binasının tikintisi və əsaslı şəkildə yenidən qurulması davam etdirilir. Həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etmələrinə şərait yaradıb. 2016-cı ilin məzunlarından 1538-i ali təhsil müəssisələrinə qəbul olunub ki, bu da sənəd verənlərin 62 faizini təşkil edir. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 199-u ölkənin müxtəlif ali hərbi məktəblərinə qəbul olunub. Bütövlükdə ali hərbi məktəblərə və Azərbaycan Respublikasının digər ali məktəblərinə 1737 məzun qəbul olub ki, bu da sənəd verənlərin 65 faizini təşkil edir.

Avqustun 22-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov gənclərə müraciət edərək deyib: “Gələcəkdə hansı sahədə çalışmağınızdan asılı olmayaraq müstəqil Azərbaycana ləyaqətlə xidmət etməlisiniz. Dünyagörüşünüzü inkişaf etdirməli, milli və ümumbəşəri dəyərləri, xalqımıza məxsus adət-ənənələri mənimsəməlisiniz. Bununla yanaşı həm də vətənpərvər olmalı, Vətən naminə çalışmalı, ümummilli liderimiz Heydər Əliyevin yoluna və ideyalarına sədaqət nümayiş etdirməlisiniz”.

Muxtar respublikamızda bütün sahələrdə inkişaf proseslərinin davamlı xarakter alması, qarşıya çıxa biləcək problemlərin vaxtında həllinə nail olunması istiqamətində ardıcıl iş görülür. Qızmar yay günündə payız-qış mövsümünə hazırlıqla bağlı konkret hədəflərin müəyyənləşdirilməsi, bununla bağlı müvafiq tapşırıqların verilməsi gələcəyimizin etibarlı əllərdə olduğunu bir daha sübut edir.

Avqustun 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2016-2017-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikası Prezidentinin qayğısı ilə muxtar respublikaya təbii qazın verilməsi bu sahədəki problemləri həll etmiş, enerji təhlükəsizliyi tam təmin olunmuşdur. Vaxtilə elektrik enerjisi idxal edən Naxçıvan Muxtar Respublikası bu gün elektrik enerjisi ixracatçısına çevrilmişdir. Muxtar respublikanın kəndlərində quruculuq işləri aparılarkən elektrik və qaz xətləri də yenilənir, sabit enerji təchizatının həyata keçirilməsi diqqət mərkəzində saxlanılır. İstehlakçıların sayının ilbəil artması isə elektrik enerjisi və təbii qaza olan tələbatı artırır. Bu mənada hər il payız-qış mövsümünə əvvəlcədən hazırlıq işlərinin görülməsi mühüm əhəmiyyətə malikdir.

Ali Məclisin Sədri müşavirədə payız-qış mövsümünə hazırlıqla bağlı aidiyyəti təşkilatlara tapşırıqlar verib.

Hər il muxtar respublikanın kəndlərində geniş tikinti-quruculuq işləri aparılır, kəndlərdə şəhər rahatlığı yaradılır. Buna görə də bu gün muxtar respublikamızın kəndlərində məskunlaşanların sayı hər gün artmaqdadır. Şəhər və kənd həyat tərzləri arasında həmişə təzadlı müqayisə predmetləri olsa da, cəmiyyətin inkişafı ilə şəhər və kənd arasındakı fərq təzahürləri də yox olur və köhnədənqalma “kəndli” ifadəsi öz qüvvəsini itirir. Bu gün muxtar respublikada məhz belə bir ab-hava mövcuddur. Çünki bu gün bir ailənin sərbəst yaşayışı üçün paytaxt Naxçıvan şəhərində mövcud olan hər bir şərait ucqar dağ kəndlərində də yaradılıb. Həyata keçirilən tədbirlər çərçivəsində Şahbuz rayonunun Kiçikoba kəndində də yeni sosial obyektlər istifadəyə verilib.

Avqustun 29-da Kiçikoba-Daylaqlı kənd yolunun, kənd və xidmət mərkəzlərinin açılışı olub. Bu gün Kiçikobada əhalinin içməli, təsərrüfatların isə suvarma suyuna olan tələbatı tam ödənilib. Yaşayış məntəqəsi dayanıqlı elektrik enerjisi, təbii qaz, rabitə xidmətləri ilə tam təmin olunub. Bu abadlıq insanların rahat yaşamasına, təsərrüfatla məşğul olmasına geniş imkanlar açır. Sakinlər kənddə görülən quruculuq işlərini, yaradılan şəraiti ölkəmizdə insan amilinə verilən qiymət kimi dəyərləndirirlər.

Ali Məclisin Sədri kənddə aparılan quruculuq işlərinə görə sakinləri təbrik edib. Ali Məclisin Sədri deyib: “Kiçikoba kəndinin təbii şəraiti burada müxtəlif təsərrüfat sahələrinin - maldarlığın, heyvandarlığın, bağçılığın və əkinçiliyin inkişaf etdirilməsinə imkan verir. Rayon mərkəzinə yaxın ərazidə yerləşməsi isə istehsal olunan məhsulların rahat formada bazara çıxarılmasına şərait yaradır. Kənddə abad yol, müasir məktəb binası, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, baytarlıq və feldşer-mama məntəqəsi, içməli və suvarma su təminatı vardır. Əhaliyə dayanıqlı enerji və rabitə xidməti göstərilir. Təsərrüfatların inkişaf etdirilməsi üçün dövlətimiz tərəfindən kreditlər verilir. Bir sözlə, Kiçikoba kəndində aparılan quruculuq işləri və yaradılan şərait bir kəndin timsalında müasir Azərbaycan kəndinin inkişafını göstərir”.

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Naxçıvanda elmimizin baş qərargahı vəzifəsini uğurla həyata keçirir. Məhz dövlətimizin göstərdiyi qayğı sayəsində bölmənin elmi-texniki təminatı sahəsində yüksək uğurlara nail olunub, yeni avadanlıqlarla təchiz edilmiş laboratoriyalar istifadəyə verilib, dünya kitabxanaları ilə bilavasitə əlaqəni təmin edən elektron kitabxana qurulub, alim və tədqiqatçılar üçün hərtərəfli iş şəraiti yaradılıb. Bu sahədə görülən işlərin davamı olaraq bölmənin Təbii Ehtiyatlar İnstitutunun Seysmoloji Xidmət Mərkəzi istifadəyə verilib.

Mərkəzdə ölkəmizdə ilk dəfə tətbiq edilən ABŞ istehsalı olan ən müasir seysmoloji avadanlıqlar və proqram təminatı quraşdırılıb. Yeni avadanlıqlar vasitəsilə muxtar respublikanın Heydərabad, Şahbuz, Babək və Ordubad seysmik məntəqələrindən alınan məlumatlar peyk vasitəsilə Bakıda quraşdırılmış qəbuledici sistemə və eyni zamanda internet vasitəsilə mərkəzdəki kompyuterə daxil olur. Quraşdırılan yeni avadanlıqlar hesabına muxtar respublikanın ərazisində, ümumilikdə isə regionda seysmoloji aktivliyə tam nəzarət etmək mümkündür. Mərkəzin qarşısında duran əsas vəzifə muxtar respublika ərazisində seysmoloji dəyişiklikləri qeydə almaq, təhlil etmək və aidiyyəti üzrə məlumat verməkdən ibarətdir.

Ali Məclisin Sədri seysmoloji xidmət sahəsi üzrə mütəxəssislərin hazırlanmasının vacibliyini bildirib, kollektivi təbrik edib və onlara işlərində uğurlar arzulayıb.

Bu gün Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin təməlini qoyduğu elmi əsaslara söykənən inkişaf strategiyasına əsaslanan alternativsiz siyasi xəttin uğurla davam etdirilməsi, dövlət proqramlarının, infrastruktur layihələrinin reallaşdırılması bütün istiqamətlərdə yeni-yeni uğurların qazanılmasına rəvac verib. Ötən ayın nəticələrinə əsaslanaraq deyə bilərik ki, Naxçıvanın daxili imkanlarından, ehtiyatlarından, iqtisadi əlaqələrindən əldə olunan resurslar ardıcıl olaraq böyük inkişafa və sosial rifahın daha da yaxşılaşdırılmasına ünvanlanıb. Bütün bunlar dahi şəxsiyyət Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi