Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda əhalinin məşğulluğunun artırılması istiqamətində tədbirlər davam etdirilir

Naxçıvan, 3 avqust, AZƏRTAC

Həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır

Ölkəmizdə həyata keçirilən hərtərəfli sosial müdafiə tədbirləri, xüsusilə əhalinin məşğulluğunun təmin olunması istiqamətində aparılan islahatlar, reallaşdırılan layihələr, yeni iş yerlərinin açılması Prezident İlham Əliyevin “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır” dəyərli fikrinin bariz təzahürü və əməli nəticəsidir. Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini əhalinin səmərəli məşğulluğunun təmin olunması təşkil edir. Bu məqsədlə görülən işlər yeni fəaliyyət sahələrinin yaranmasına və müvafiq ixtisaslara malik işaxtaranların bu sahələrdə işlə təmin olunmasına gətirib çıxarır. Məşğulluğun təminatına yönələn tədbirlərin davamlılığının qorunmasında icrası yüksək peşəkarlıqla həyata keçirilən Dövlət proqramlarının əvəzolunmaz rolu vardır. Bu proqramlarda nəzərdə tutulan tədbirlərin vaxtında icra olunması yeni iş yerlərinin sayının artması və işaxtaranların sosial müdafiəsinin gücləndirilməsi üçün geniş imkanlar açır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın da məqsədi əhalinin məşğulluğuna yönəldilən tədbirlərin davamlılığına nail olunması, yeni iş yerlərinin yaradılması və özünüməşğulluğun təmin edilməsidir. Proqramda müəyyənləşdirilən tapşırıqların icrası ikinci rübdə də davam etdirilib, boş iş yerlərinin toplanmasının təmin edilməsi məqsədilə vergi orqanlarında qeydiyyatdan keçən 681 fiziki və hüquqi şəxs haqqında məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub.

Təkcə bu ilin üç ayı ərzində 730 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub

Əmək ehtiyatlarından səmərəli istifadəyə yönələn tədbirlər içərisində yarmarkaların təşkili xüsusi yer tutur. Keçirilən əmək yarmarkaları işaxtaranlar üçün ixtisasına və qabiliyyətinə uyğun işin seçilməsi, işəgötürənlər üçün isə müxtəlif fəaliyyət sahələrinin potensiallı kadrlarla təmin olunması imkanı deməkdir. İkinci rübdə Naxçıvanda keçirilən əmək yarmarkalarında 253 müəssisə tərəfindən boş iş yerləri təqdim edilib, 214 nəfərin müvafiq işlə təmin olunması üçün göndəriş verilib. Ümumilikdə, aprel-iyun aylarında 730 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub. Onlar içərisində 172 gənc, 106 qadın və 17 sağlamlıq imkanları məhdud şəxsin olması muxtar respublikada sosial müdafiəyə daha çox ehtiyacı olan ayrı-ayrı əhali qruplarının zəruri tələbatlarının ödənilməsinə xüsusi həssaslıqla yanaşıldığını deməyə əsas verir.

Naxçıvanda məşğulluğun təminatı sahəsində müsbət dinamikanın qorunmasına təsir edən faktorlardan biri sahibkarlıq fəaliyyətinə göstərilən xüsusi dövlət dəstəyidir. Mövcud kənd təsərrüfatı və sənaye potensialından səmərəli istifadəyə yönəlmiş maliyyə dəstəkli layihələrin hazırlanması, sahibkarlar üçün güzəştli şəraitin formalaşdırılması müxtəlif istehsal sahələrinin və bu sahələrdə yeni iş yerlərinin yaranması ilə nəticələnir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Sahibkarlığın inkişafında başlıca hədəf sosial-iqtisadi səmərəlilikdir. Son illər muxtar respublikada sahibkarlıq fəaliyyəti üçün yaradılan şərait iqtisadiyyatın dinamik inkişafını təmin etməklə yanaşı, iş yerləri də açılmış, əhalinin məşğulluğu və rifahı yüksəlmişdir...”

37 istehsal sahəsi yaradılıb, bu sahələrdə 249 iş yeri açılıb

Proqramın icrasına uyğun olaraq ikinci rübdə muxtar respublikanın Sahibkarlığın İnkişafı Fondu tərəfindən 42 layihənin maliyyələşdirilməsinə 1 milyon 153 min 650 manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib. Ümumilikdə, dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına 37 istehsal sahəsinin yaradılması başa çatdırılıb, bu sahələrdə 249 iş yeri açılıb. Eyni zamanda 46 sahənin yaradılması və 476 yeni iş yerinin açılması istiqamətində işlər də davam etdirilib.

Qeyd olunanlarla yanaşı, ötən dövrlərdə olduğu kimi, aprel-iyun aylarında da ailə əməyinə əsaslanan alternativ gəlir mənbələrinin genişləndirilməsi diqqətdə saxlanılıb. Belə ki, bu dövrdə 25 ailə təsərrüfatına 424 min 900 manat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

İkinci rübdə 85 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin edilib

İnsanların işlə təmin olunması üçün göstərilən dövlət qayğısının ən mühüm təzahürlərindən biri də özünüməşğulluq proqramıdır. Proqram çərçivəsində aktivlərin verildiyi ailələr özləri üçün yeni fəaliyyət imkanları yaradır. Sosial qayğıya ehtiyacı olan şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi isə onların aktiv cəmiyyət həyatına inteqrasiyasını daha da sürətləndirir. Dövlət proqramının icrası məqsədilə ikinci rübdə 85 sosial qayğıya ehtiyacı olan ailənin özünüməşğulluğu təmin edilib. Əvvəlki dövrlərdə aktiv verilmiş ailələrə məxsus fəaliyyət sahələrində monitorinqlər davam etdirilib, təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirən 3 ailəyə əlavə aqreqatlar verilib. Bunlarla yanaşı, sağlamlıq imkanları məhdud və evdar qadınlarla bağlanmış müqavilə əsasında 700 yun jilet toxunaraq hərbi hissələrə təqdim edilib. İkinci rübdə 38 sağlamlıq imkanı məhdud qadına toxuculuq peşəsinin öyrədilməsi məqsədilə təlimlər təşkil olunmuşdur. 22-23 may tarixlərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən göycə məhsullarının satış yarmarkasında sağlamlıq imkanları məhdud şəxslərə, eləcə də Naxçıvan Regional Peşə Tədris Mərkəzinin müəllim və müdavimlərinə məxsus 55 əl işinin satışı təmin edilib. Həmçinin aprel-iyun aylarında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi sərgi-satışlarda 212, Naxçıvan Biznes Mərkəzində 36 əl işinin satışının təmin olunması bu sahədə təşkilati fəaliyyətin mütəmadi xarakter daşımasının əyani sübutudur.

Peşə hazırlığı əmək bazarının tələblərinə uyğunlaşdırılıb

Mövcud əmək ehtiyatlarından məqsədəuyğun istifadə olunması səmərəli məşğulluğun başlıca şərtlərindəndir. Bu məqsədə yönələn əsas istiqamət isə peşə hazırlığının əmək bazarının tələbinə uyğunlaşdırılmasıdır. Dövlət Proqramının icrası məqsədilə peşə kurslarının təşkili ikinci rübdə də davam etdirilib. Bu dövrdə Naxçıvan Regional Peşə Tədris Mərkəzində və cəzaçəkmə müəssisələrində təşkil edilən kurslara 15-i gənc olmaqla, ümumilikdə, 60 nəfər cəlb olunub. Eyni zamanda Təhsil Nazirliyinin tabeliyindəki peşə təhsili müəssisələrində keçirilən kursları 105-i gənc olmaqla, 199 nəfər bitirib. Aprel-iyun aylarında ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan 378 şagirdə əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatların verilməsi təmin olunub. Ordubad Texniki Peşə və Sürücülük Məktəbində keçirilən Xalçaçı kursuna 15 nəfərin cəlb edilməsi bir daha təsdiqləyir ki, peşə hazırlığı təşkil olunarkən xüsusi diqqətdə saxlanılan məsələlərdən biri də ənənəvi xalq yaradıcılığı sahələrinin inkişafının dəstəklənməsidir.

Qeyri-formal məşğulluğun qarşısı alınır

Dövlət proqramında nəzərdə tutulan mütərəqqi tədbirlər içərisində qeyri-formal məşğulluğun qarşısının alınması özünəməxsus yer tutur. Çünki rəsmi prosedurlardan kənar təşkil edilən fəaliyyət sosial-iqtisadi inkişafa mənfi təsir göstərə biləcək faktorlardan hesab olunur. Qeyri-leqal məşğulluğun aradan qaldırılması ictimai gəlirin artmasına səbəb olur və sosial rifahı təmin edir. İkinci rübdə əmək müqaviləsi bildirişlərinin elektron informasiya sistemində qeydiyyata alınmasına dövlət nəzarətini həyata keçirmək məqsədilə muxtar respublika ərazisində fəaliyyət göstərən sahibkarlıq obyektlərində monitorinqlər davam etdirilib. Bu monitorinqlər zamanı 49 obyektdə 101 işçinin əmək müqaviləsi qüvvəyə minmədən işə cəlb edildiyi müəyyənləşdirilib, işçilərin müvafiq əmək müqaviləsi bildirişlərinin elektron informasiya sisteminə daxil edilməsinə dair işəgötürənlərə yazılı xəbərdarlıq edilib. Eyni zamanda qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 1 əcnəbi barədə qanunvericiliyə uyğun tədbir görülüb, muxtar respublika ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən 51 əcnəbiyə iş icazəsi ilə bağlı rəy verilib.

Sağlam və təhlükəsiz əmək şəraiti təmin olunur

Proqramda müəyyənləşdirilmiş tapşırıqlardan biri də sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasıdır. Fəaliyyət şəraitinin tələb olunan şərtlərə uyğun təşkili işəgötürənlərin ən mühüm vəzifələrindəndir. Əməyin səmərəliliyinə müsbət təsir göstərən amillərdən biri, şübhəsiz ki, sağlam iş mühitinin mövcudluğudur. Mühafizə olunan əmək istehsal bolluğu və son nəticədə, ictimai rifah deməkdir. İkinci rübdə muxtar respublika üzrə 46 obyektdə nəzarət həyata keçirilib, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etməyən 37 işçi həmin vasitələrlə yerində təmin edilib, 5 işçi müvəqqəti olaraq tikinti sahəsindən uzaqlaşdırılıb. Aprel ayında Ümumdünya Əməyin Mühafizəsi Günü münasibətilə Naxçıvanda fəaliyyət göstərən 24 tikinti, sənaye və istehsal müəssisəsinin 61 nümayəndəsinin iştirakı ilə maarifləndirici tədbir keçirilib. Eyni zamanda bu münasibətlə “Əməyin mühafizəsi” adlı rüblük elektron jurnalın xüsusi nömrəsi yayımlanıb.

AZƏRTAC-ın Naxçıvan bürosu

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib