REGİONLAR


Naxçıvanda ənənəvi “Göycə” festivalı keçiriləcək

Naxçıvan, 24 may, AZƏRTAC

İyunun 4-5-də Naxçıvan şəhərində yerləşən “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti “Göycə” festivalı keçiriləcək.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və Sədərək rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının, o cümlədən göycədən hazırlanan əl işlərinin sərgi-satışı keçiriləcək.

Tədbirdə göycə yetişdirən fermerlər arasında “Ən yaxşı göycə” müsabiqəsi keçiriləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, Naxçıvanda ötən illərdə də “Göycə” festivalı keçirilib. Müxtəlif kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılan ənənəvi festival Naxçıvana gələn qonaqlar və turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.