Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, qabaqlayıcı tədbirlərin vaxtında görülməsi davamlı inkişafı təmin edir

Naxçıvanda innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, qabaqlayıcı tədbirlərin vaxtında görülməsi davamlı inkişafı təmin edir

Naxçıvan, 10 aprel, AZƏRTAC

Bu gün Naxçıvan Muxtar Respublikasında ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasına əsaslanan sosial-iqtisadi inkişaf siyasəti yeni mərhələdə müvəffəqiyyətlə davam etdirilir, qədim diyarın davamlı yüksəlişi uğurla təmin olunur. Yeni tələblərin, hədəflərin, yeni çağırışların reallaşdırılmasının vacib olduğu müasir dövrdə həm də innovasiyalılıq və rəqəmsal strategiyanın xüsusi əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Blokada vəziyyətinin yaratdığı çətinliklərə baxmayaraq iqtisadi artımın yüksək sürətinin təmin edilməsi, sahibkarlığın inkişafına dəstək verilməsi, yeni iş yerlərinin yaradılması, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, əhalinin sosial rifah səviyyəsinin daim yüksəldilməsi diqqətdə saxlanılır.

Fövqəladə halların başvermə təhlükəsi və onların qarşısının alınması istiqamətində məqsədyönlü tədbirlər görülür

Müasir dünyada baş verən çoxsaylı kiçikmiqyaslı müharibələr, iqlimin qlobal istiləşməsi, içməli su mənbələrinin azalması, aclıq, yeni yaranan xəstəliklər, xüsusilə infeksion xəstəliklərin yayılması, təbii, texnogen fəlakətlər və qəzalar insanların böyük təhlükələrlə qarşı-qarşıya olduğunu göstərir. Təəssüf ki, bu gün fövqəladə hal riskləri daha da artıb, insanların həyat və fəaliyyətlərinin təhlükəsizliyini təmin etmək zərurəti ön plana çıxıb. Bu amillər nəzərə alınaraq muxtar respublikada mülki müdafiə, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən müddətdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və onun strukturuna daxil olan qurumlar üçün müasir iş və xidmət şəraiti yaradılıb, yeni yanğınsöndürmə avtomobilləri və müxtəlif təyinatlı texniki avadanlıqlar alınıb. Nazirliyin mərkəzi aparatı və struktur qurumlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi və peşəkarlığının artırılması sahəsində ardıcıl tədbirlər görülüb.

Martın 4-də Fövqəladə Hallar Nazirliyinə yeni xidməti avtomobillərin və avadanlıqlar təqdim olunması da görülən işlərin davamıdır. Həmin gün bununla bağlı keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobil və avadanlıqlardan təyinatı üzrə düzgün istifadə olunması barədə müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, nazirliyin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə Rusiya və Almaniya istehsalı olan 7 yanğınsöndürən avtomobil, eyni zamanda, 2 xidməti minik avtomobili gətirilib. Yanğınsöndürmə avtomobilləri 3500 litr köpükəmələgətirən maye ilə təchiz edilib. Nazirliyə fərdi tənəffüs vasitələri, sınaq avadanlığı, yanğın nərdivanları, yanğınsöndürən və xilasedicilər üçün xüsusi geyim formaları və digər texniki vasitələr olmaqla, 63 adda müxtəlif təyinatlı avadanlıqlar, eləcə də tibbi çadır verilib. Tibbi çadır fəlakət ocaqlarında xəsarət alan insanlara ilk tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulub və lazımi şəraitlə təmin olunub.

Bu məqamda xatırlatmaq istərdim ki, hələ 2016-cı ildə insanların həyat və fəaliyyətlərinin təhlükəsizliyinin müasir tələblər səviyyəsində təmin etmək zərurətini nəzərə alan Ali Məclisin Sədri həmin il martın 17-də “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın nəşri haqqında” Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, atlasın nəşri təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədi daşıyır. Ali Məclis Sədrinin Sərəncamına əsasən hazırlanan atlasda fövqəladə halların başvermə təhlükəsi və onların qarşısının alınması üzrə tədbirlər sistemli şəkildə təqdim olunur. Onu da deyək ki, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” bu sahədə vahid elmi yanaşmanın təmin olunmasına xidmət edən ilk dəyərli nəşrdir. Bu nəşr muxtar respublikada proqnozlaşdırılan fövqəladə halların qarşısının alınması və ya nəticələrinin aradan qaldırılması kimi aktual məsələni də daim diqqət mərkəzində saxlamağa imkan verir. Hazırda dünyada baş verən proseslər 4 il bundan əvvəl muxtar respublikada atılan bu addımın nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.

Şəhid ailələrinə və ərazi bütövlüyümüz uğrunda sağlamlıq imkanlarını itirmiş şəxslərə yeni mənzillər təqdim olunur

Muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinə, onların cəmiyyətə inteqrasiyasına xüsusi qayğı ilə yanaşılır. Təkcə bu il Naxçıvanda müvafiq kateqoriyalı 157 şəxsin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 35 şəxsə müalicə müəssisələrinə göndəriş verilib, 4 ailəyə fərdi yaşayış evləri və mənzillər, 11 nəfərə minik avtomobilləri təqdim olunub. Həyata keçirilən tədbirlərin davamı olaraq, martın 17-də - Novruz bayramı ərəfəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisində 1 şəhid ailəsinə və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlıq imkanlarını qismən itirmiş 1 şəxsə yeni mənzillər təqdim olunub.

Mənzillə təmin olunanları təbrik edən Ali Məclisin Sədri deyib: “Azərbaycanda sabitlik, inkişaf və tərəqqi vardır. Bunlar da ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir. Ölkəmiz inkişaf edir, qayğıya ehtiyacı olan insanlara diqqət göstərilir, əməyi ilə fərqlənənlərə dövlət mükafatları verilir. İnsanlarımız rahat yaşayır, yeni iş yerləri açılır, əhalinin rifahı yaxşılaşdırılır. Bunların hamısı ölkəmizin inkişafına, gələcəyinə xidmət edən işlərdir”.

Ali Məclisin Sədri mənzillə təmin olunanlara qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, orderləri təqdim edib.

Naxçıvan şəhərində yerləşən iki və üçotaqlı mənzillər təmir olunaraq lazımi şərait yaradılıb, xalça hədiyyə edilib.

Müstəqilliyimizin və dövlətçiliyimizin inkişafına töhfə verənlər mükafatlandırılır

Muxtar respublikada bütün sahələrdə yaradılan şərait səmərəli fəaliyyət üçün geniş imkanlar açır. Öz sahəsində fəaliyyəti ilə fərqlənənlərin, müstəqilliyimizin və dövlətçiliyimizin inkişafına töhfə verənlərin əməyi isə həmişə həqiqi qiymətini alır.

Martın 16-da Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatının təqdimat mərasimi keçirilib.

Ali Məclisin Sədri yüksək dövlət mükafatlarına layiq görülmələri və qarşıdan gələn Novruz bayramı münasibətilə təltif olunanları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərini, eləcə də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatını təqdim edib.

Kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyalar tətbiq edilir

Muxtar respublikada aqrar sahədə sistemli şəkildə həyata keçirilən islahatlar və aparılan kompleks işlər nəticəsində kənd təsərrüfatı yeni inkişaf mərhələsinə yüksəlib. Bu istiqamətdə Dövlət proqramlarının uğurlu icrası, dövlət büdcəsindən subsidiyaların ayrılması təsərrüfatçılara yeni stimul verib, əkinçiliyə, həmçinin kənd təsərrüfatının digər sahələrinə marağın artmasına səbəb olub. Hazırda torpaq mülkiyyətçiləri və fermerlər dünyanın qabaqcıl texnika və texnoloji avadanlıqlarından istifadə edirlər. Muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyaların tətbiqi davam etdirilir. Taxıl, kartof, qarğıdalı bitkilərinin əkilib-becərilməsi və yığılması tam mexaniki üsulla həyata keçirilir.

Təsadüfi deyil ki, ötən dövrdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2 min 831 kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilib. Cari ildə isə sahibkarların texnika təminatını düzgün təmin etmək üçün onların sifarişləri əsasında 137 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib, həmin texnikalardan 24-ü lizinq yolu ilə sahibkarlara verilib.

Cəmiyyətin bitkiçilik və heyvandarlıq aptekində kənd təsərrüfatının müxtəlif sahələrində istifadə olunan dərmanlar satışa çıxarılır. Dərmanların istifadə qaydası haqqında torpaq mülkiyyətçilərinə və fermerlərə əvvəlcədən məlumat verilir. Anbarda kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri də vardır.

Martın 18-də Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına, həmçinin cəmiyyətin bitkiçilik və heyvandarlıq aptekinə, ehtiyat hissələri anbarlarına baxıb.

Ali Məclisin Sədri kənd təsərrüfatında yeni innovasiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb, texnikalarla təminat və texniki qulluq işinin diqqətdə saxlanılması, sahibkarların tələbatına uyğun kənd təsərrüfatı texnikalarının və onların ehtiyat hissələrinin alınıb gətirilməsi, eləcə də maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verib.

Əhalinin sağlamlığının qorunması həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir

Naxçıvanda bütün sahələrdə inkişaf proseslərinin davamlı xarakter alması qarşıya çıxa biləcək məsələlərin vaxtında həllinə nail olunması istiqamətində ardıcıl iş görülməsi ilə əlaqədardır. Bu mənada əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi xidmətlə təmin olunması muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin əsas prioritetlərindəndir. Son aylarda yeni növ koronavirus infeksiyasının dünya ölkələrində yayılma tendensiyası nəzərə alınaraq muxtar respublikada da qabaqlayıcı tədbirlər görülüb. Xəstəliyin yayılma coğrafiyasının daha da genişlənməsi isə ölkəmizdə, o cümlədən muxtar respublikada həmin xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zərurətə çevirib.

Naxçıvan Muxtar Respublikasında izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyən edilib. Mərkəzdə karantinə alınan xəstələrin müayinəsi və virus aşkar edilən xəstələrin müalicəsi üçün lazımi şərait yaradılıb, yeni laboratoriya qurulub. Hazırda Səhiyyə Nazirliyi tərəfindən mərkəzin fəaliyyəti nəzarətdə saxlanılır.

Martın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirə keçirilib. Müşavirədə Ali Məclisin Sədri müvafiq qurumlara müvafiq tapşırıqlar verib.

Aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi əsas istiqamət kimi müəyyənləşib

Ərzaq təhlükəsizliyinin təmin olunmasında su ehtiyatlarından səmərəli istifadə mühüm amildir. Prezident İlham Əliyev bu məsələnin vacibliyini vurğulayaraq deyib: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.

Muxtar respublikada aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi əsas istiqamət kimi götürülür, elmi əsaslara söykənən təhlillər aparılır, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları qurularaq istifadəyə verilir. Yaradılan şərait torpaq və su ehtiyatlarından səmərəli istifadə ilə yanaşı, əkinçiliyin inkişafına və bol məhsul istehsalına səbəb olub. Bu da əhalinin məşğulluğunun və rifahının yaxşılaşmasına xidmət edir. Son illər bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında 5 min hektara yaxın torpaq sahəsində qapalı suvarma şəbəkələri qurulub, su təminatı olmayan və uzun müddət əkilməyən torpaqlar yenidən əkin dövriyyəsinə qatılıb. Bu il də Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri tikilir.

Kəngərli rayonunda tikilən qapalı suvarma şəbəkəsi Böyükdüz kəndində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin, eləcə də dövlət və bələdiyyə mülkiyyətində olan 800 hektar ərazini əhatə edəcək. Tikinti zamanı 5 min 197 metr ana xətt və 73 min 217 metr paylayıcı boru xətti çəkiləcək. Ümumilikdə, qapalı suvarma şəbəkəsi qurularkən 80 kilometrdən artıq boru xətləri çəkiləcək, torpaq sahələrinin dayanıqlı su təminatı yaradılacaq. Xətlərin üzərində 145 sutənzimləyici siyirtmə, 780 hidrant və 138 suboşaldıcı quraşdırılacaq.

Yeni suvarma şəbəkəsinin qurulması torpaqlardan daha səmərəli istifadə olunmasına imkan verəcək. “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 1300 hektar sahədə taxıl əkilib. Yaradılan şəraitin nəticəsidir ki, hazırda muxtar respublikada taxıl əkini zamanı toxuma olan tələbat yerli istehsal hesabına ödənilir.

Böyükdüz kəndində qurulacaq qapalı suvarma şəbəkəsinin su təminatı Araz su anbarında tikiləcək pilləli nasos stansiyası vasitəsilə həyata keçiriləcək. Su anbarında hər birinin gücü saniyədə 1500 litr olan 2 nasos quraşdırılacaq və ikinci nasos stansiyasına qədər 2 kilometrlik boru xətti çəkiləcək. İkinci nasos stansiyası üçün ərazidə yeni bina və hovuz inşa olunacaq, hər birinin gücü saniyədə 840 litr olan 3 nasos quraşdırılacaq. Nasos stansiyasından su 3,8 kilometrlik boru xətti ilə Böyükdüz kəndi ərazisindəki 4 min kubmetr həcmi olan paylayıcı hovuza vurulacaq və öz axını ilə qapalı suvarma şəbəkəsinə ötürüləcək.

Martın 27-də Ali Məclisin Sədri qapalı suvarma şəbəkəsinin tikintisinə baxıb. Ali Məclisin Sədri çıxış edərək deyib: “Muxtar respublika kənd təsərrüfatı rayonudur. Ona görə də aqrar sahənin inkişafına hərtərəfli diqqət göstərilir, yeni suvarma şəbəkələri tikilir. Bu il də muxtar respublikada əsas investisiya qapalı suvarma şəbəkələrinin qurulmasına və nasos stansiyalarının tikintisinə ayrılmışdır. Böyükdüz kəndi ərazisində yeni qapalı suvarma şəbəkəsi qurulduqdan sonra “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün ayrılmış 1500 hektardan artıq torpaq sahəsi əkin üçün tam yararlı vəziyyətə gətiriləcək, eyni zamanda dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların su təminatı yaxşılaşdırılacaqdır. Şahbuz rayonunun Sələsüz, Türkeş və Mərəlik kəndlərinin ərazilərində qapalı suvarma şəbəkəsinin, eyni zamanda, rayonun Külüs kəndində nasos stansiyasının qurulması isə 1600 hektara yaxın torpaq sahəsini əkin dövriyyəsinə qatacaqdır. Həyata keçirilən bu layihələr muxtar respublikada ərzaq təhlükəsizliyinin və əhalinin məşğulluğunun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə edilməli, torpaqlar əkilməli, bol məhsul istehsal olunmalı, qapalı suvarma şəbəkəsinin tikilməsinə sərf olunan vəsait geri qayıtmalıdır”.

Ali Məclisin Sədri torpaqların düzgün qeydiyyata alınması və kateqoriyalarına uyğun icarəyə verilməsi, tikinti işlərinin mühəndis texniki tələblərə uyğun aparılması və payız əkin mövsümünə qədər başa çatdırılması, yeni qapalı suvarma şəbəkələrinin qurulması ilə bağlı layihələrin hazırlanması barədə tapşırıqlar verib.

Torpaqların əkin dövriyyəsinə qatılması kənd yaşayış məntəqələrinin gələcək inkişafına xidmət edir

Qeyd olunduğu kimi, bu il Şahbuz rayonunun Sələsüz, Türkeş və Mərəlik kəndlərində yeni qapalı suvarma şəbəkəsi qurulur. Qapalı suvarma şəbəkəsi 270 hektar torpaq sahəsini əhatə edir. Layihə xəttinin ümumi uzunluğu 34 min 808 metrdir. Ərazidə müxtəlif diametrli borularla 7 min 534 metr ana xətt və 27 min 274 metr paylayıcı suvarma şəbəkəsi çəkiləcək. Xətlərin üzərində 51 sutənzimləyici siyirtmə, 286 hidrant və 81 suboşaldıcı quraşdırılacaq.

Kəndlərdə yeni qapalı suvarma şəbəkələrinin qurulması əkinçiliyin inkişafına səbəb olub. Bu da sakinlər tərəfindən razılıqla qarşılanır. 2019-cu ildə Türkeş kəndində istifadəyə verilmiş 343 hektar qapalı suvarma şəbəkəsinin 258 hektarında payızlıq taxıl, 10 hektarında yazlıq bitkilər əkilib. Ərazinin qalan 75 hektarında isə mərhələli şəkildə yazlıq əkinlər aparılır. Sələsüz, Türkeş və Mərəlik kənd sakinlərinin də əsas məşğuliyyət sahəsi əkinçilik və heyvandarlıqdır. Həmin yaşayış məntəqələrində qapalı suvarma şəbəkələrinin qurulması burada kənd təsərrüfatının yeni mərhələdə inkişafına səbəb olacaq.

Martın 27-də görülən tikinti işləri ilə maraqlanan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib ki, aparılan abadlıq quruculuq işləri, yeni suvarma şəbəkələrinin qurulması, torpaqların əkin dövriyyəsinə qatılması kəndlərin gələcək inkişafına xidmət edir. Sələsüz, Türkeş və Mərəlik inkişaf etmiş müasir kəndlərin sırasına qoşulacaqdır. İki il ərzində bu kəndlərin 600 hektardan artıq torpaq sahəsində suvarma şəbəkəsinin qurulması imkan verəcəkdir ki, sakinlər bol məhsul istehsal edərək ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasında iştirak etsinlər. Bu tədbirlər dövlət vəsaiti hesabına həyata keçirilir, tikinti işləri müvafiq dövlət qurumları tərəfindən aparılır. Məqsəd ondan ibarətdir ki, torpaqlar əkilsin, bol məhsul istehsal edilsin.

Bu uğurların təməlində xüsusi inkişaf strategiyasının vətənpərvərliklə həyata keçirilməsi dayanır

Dövlətimizin bu sahəyə diqqət ayırması heç də təsadüfi deyil. Çünki ölkəmiz yeraltı təbii sərvətlərlə zəngin olsa da, həmin sərvətlərimiz nə vaxtsa tükənəcək. Hazırda neftin dünya bazarında ucuzlaşması iqtisadiyyatımıza təsirsiz ötüşmür. Bu baxımdan qeyri-neft sektorunun, sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sahəsinin inkişafı böyük əhəmiyyət kəsb edir. Muxtar respublikada bu günədək əkilməyən münbit torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, ucu-bucağı görünməyən meyvə bağlarının salınması, heyvandarlığın, quşçuluğun, balıqçılığın inkişafı, istixanaların, yeni soyuducu anbarların istifadəyə verilməsi bir daha onu göstərir ki, Naxçıvanda kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti uğurlu nəticələr verməkdədir.

Sevindirici haldır ki, qazanılan nailiyyətlər bütün sahələri əhatə edir. Muxtar respublikada bu qədər uğurlara ona görə imza atılır ki, burada xüsusi inkişaf strategiyası vətənpərvərliklə həyata keçirilir. Nəticələr ildən-ilə ona görə yaxşılaşır ki, qədim diyar Heydər Əliyev ideallarına sədaqətlə müasir dövlətçilik prinsipləri əsasında idarə edilir. Nailiyyətlər ona görə çoxdur ki, muxtar respublikada istənilən sahənin inkişafı üçün mükəmməl dövlət proqramları icra edilir. Həmin amillər daim müasirləşən qədim diyarın və cəmiyyətin gündən-günə inkişafını şərtləndirir, çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasını, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılmasını, elmin, mədəniyyətin dinamik inkişafını təmin edir. Bu, Naxçıvanın reallığıdır.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Papa Fransisk ilk dəfə G7 sammitində iştirak edəcək

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi