Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda nağdsız hesablaşmaların genişləndirilməsinə həsr olunmuş Proqram uğurla icra edilir

Naxçıvanda nağdsız hesablaşmaların genişləndirilməsinə həsr olunmuş Proqram uğurla icra edilir

Naxçıvan, 3 iyun, AZƏRTAC

Rəqəmsal ödəniş xidmətləri sahəsində fəaliyyət imkanları 
hər keçən il daha da təkmilləşdirilir

Müasir dünyada meydana gələn yeniliklərə çevik reaksiya verilməsi və modern texnoloji imkanların qısa müddət ərzində tətbiqinin təmin olunması muxtar respublikada artıq ənənəyə çevrilib. Kənd təsərrüfatından təhsilə, rabitə xidmətlərindən enerji sektoruna, sosial-iqtisadi həyatın bir çox sahələrinədək müasir texnologiyanın tətbiqi muxtar respublikanın dayanıqlı inkişafına ciddi təkan verməkdədir. Bu istiqamətdə diqqəti cəlb edən sahələrdən biri də bank sektorudur. Naxçıvanda rəqəmsal ödəniş infrastrukturunun təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər nağdsız dövriyyənin həcminin əhəmiyyətli dərəcədə artması ilə nəticələnib. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilib. Proqramın giriş hissəsində deyilir: “Nağdsız hesablaşmalar sahəsində görülmüş işlərin növbəti mərhələsi olan yeni proqramın məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsindən ibarətdir”. Proqramda nəzərdə tutulan tədbirlərin icrası muxtar respublikada rəqəmsal ödəniş xidmətləri sahəsində fəaliyyət imkanlarının hər keçən il daha da təkmilləşməsinə imkan yaradır.

Naxçıvanda POS-terminalların sayı 711-i
təmassız ödəniş imkanlı olmaqla, 1437-yə çatıb

Bu tədbirlər yanvar-mart aylarında da davam etdirilib, banklar tərəfindən 120 təmassız ödəniş etməyə imkan verən POS-terminal, 16 çoxfunksiyalı ödəniş terminalı və 1 bankomat quraşdırılıb. Proqramda müəyyənləşdirilmiş tapşırığın icrası məqsədilə birinci rübdə muxtar respublikada fəaliyyət göstərən 3 publik hüquqi şəxs statuslu müəssisənin 10 obyektində ödənişlərin nağdsız qaydada aparılması üçün POS-terminal quraşdırılması təmin edilib. Görülən işlər nəticəsində Naxçıvanda POS-terminalların sayı 711-i təmassız ödəniş imkanlı olmaqla, 1437-yə, bankomatların sayı 115-ə, ödəniş terminallarının sayı isə 95-ə çatdırılıb.

Muxtar respublikada fəaliyyət dairəsi genişlənən sahələrdən biri də məsafəli bank xidmətləridir. Banklar tərəfindən müştəri məmnunluğunun təmin edilməsi məqsədilə təklif edilən bu xidmətlər vaxta qənaət edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Ödəniş terminallarından istifadə imkanlarının artırılması isə banka getmədən kredit və digər ödənişlərin həyata keçirilməsi üçün geniş şərait yaradır. Proqramda nəzərdə tutulan və icrası uğurla həyata keçirilən işlərin nəticəsi olaraq birinci rübdə muxtar respublikada fəaliyyət göstərən banklarda 1627 onlayn kart sifarişi həyata keçirilib. Bununla yanaşı, bankların kredit müştərilərinin 20 milyon 420 min 299 manat məbləğində kredit ödənişini banka getmədən ödəniş terminalları vasitəsilə ödəməsi əhalinin rahatlığının təmin edilməsinə hesablanmış addımların səmərəlilik dərəcəsinin yüksək səviyyədə olmasından xəbər verir.

Birinci rübdə özəl sektorda 42 vergiödəyicisi üzrə
302 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə
ödənilməsi təmin olunub

Nağdsız ödənişlərin həcminin çoxalması maliyyə sektorunun inkişafını dayanıqlı hala gətirir. Rəqəmsal ödəniş xidmətlərindən istifadə, öz növbəsində, vergi sisteminin səmərəliliyinin artmasına da şərait yaradır. Proqramın icrasına uyğun olaraq birinci rübdə 203 vergiödəyicisi tərəfindən POS-terminal hesabına alınmış kartlar vasitəsilə 77 min 475 manat, 506 vergiödəyicisi tərəfindən isə şəxsi kartları vasitəsilə 157 min 178 manat məbləğində vergi və sosial ayırmaların nağdsız qaydada ödənilməsi təmin edilib. Bu dövrdə özəl sektorda 42 vergiödəyicisi üzrə 302 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsinin təmin olunması bu istiqamətdə rəqəmsal xidmətlərin tətbiqinin diqqətdə saxlanılmasının əyani sübutudur.

Proqramın icrasına uyğun olaraq rəqəmsal ödəniş xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi nəqliyyat sektorunda da xidmət səviyyəsinin artırılmasına gətirib çıxarır. Birinci rübdə muxtar respublikada fəaliyyət göstərən aviakassalarda mövcud olan 10 POS-terminal vasitəsilə 91 min 337 manat məbləğində nağdsız qaydada bilet satışının həyata keçirilməsi bunun daha bir ifadəsidir.

Əhalinin maliyyə savadlılığı artırılır, həvəsləndirici
tədbirlər davam etdirilir

Nağdsız dövriyyənin genişlənməsini təmin edən mühüm faktorlardan biri də istehlakçıların rəqəmsal ödəniş xidmətlərindən istifadə etməkdə maraqlı olmasıdır. Bu istiqamətdə həyata keçirilən maarifləndirici tədbirlər əhalinin maliyyə savadlılığının artırılması baxımından xüsusi önəmə malikdir. Proqramın icrası məqsədilə birinci rübdə Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəbləri və Naxçıvan Dövlət Texniki Kollecində 1160-dan çox şagird, tələbə və müəllimə rəqəmsal ödəniş xidmətləri haqqında zəruri biliklərə dair müvafiq məlumatlar verilib, təhsil işçilərinə ticarət və ictimai iaşə obyektlərində nağdsız qaydada əməliyyatların aparılmasında fəal iştirak etmələri tövsiyə olunub. Həmçinin bu dövrdə Şərur rayonunun Xanlıqlar, Babək rayonunun Şıxmahmud, Ordubad rayonunun Vənənd, Culfa rayonunun Saltaq, Kəngərli rayonunun Xok, Şahbuz rayonunun Şahbuzkənd və Sədərək rayonunun Sədərək kəndlərində proqramın icrasına uyğun olaraq maarifləndirmə işi aparılıb.

Əhali arasında rəqəmsal ödəniş vərdişlərinin aşılanması üçün həvəsləndirici tədbirlərin mühüm əhəmiyyəti vardır. Nağdsız ödənişlərin stimullaşdırılması üçün proqramda nəzərdə tutulan müvafiq tapşırığın icrası xüsusi önəm kəsb edir. Birinci rübdə “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 14-cü tirajı keçirilmiş, 442 şəxsə 25 min manat dəyərində hədiyyələr təqdim olunub.

Proqramın icrası istiqamətində tədbirlərin davam etdirilməsi muxtar respublikada bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsini təmin edəcəkdir.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır

Ümummilli Liderin 101 illiyi Həştərxanda qeyd edilib

İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

Prezident İlham Əliyev: İlin sonuna qədər azı 20 yaşayış məntəqəsində həyat bərpa ediləcək

Təhsil müəssisələrində Ulu Öndərə həsr olunmuş tədbirlər

Prezident: Qarabağ və Şərqi Zəngəzur bölgələri dünyanın ən gözəl yerlərindən biri olacaq

Pakistan Prezidenti Muxtar Babayevi qəbul edib VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb

Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq

Prezident: Bu gün Şuşanın yeni tarixi başlayır

Eskişehir Azərbaycanlılar Dərnəyi Ulu Öndərə həsr olunan maarifləndirici videoçarx hazırlayıb

Azərbaycan sərhədçisi Ulu Öndərin müəyyənləşdirdiyi milli sərhəd strategiyasını uğurla yerinə yetirir

Azərbaycan Prezidenti: Müharibənin Şuşasız uğurla başa çatması mümkün deyildi

Prezident İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

AQTA: Monitorinqlər zamanı 29 müəssisədə nöqsanlar aşkarlanıb