CƏMİYYƏT
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi və Naxçıvan MR Daxili İşlər Nazirliyi birgə məlumat yayıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyindən AZƏRTAC-a daxil olan məlumatda deyilir: “Çoxsaylı müraciətləri nəzərə alaraq bildiririk ki, 2022-ci il sentyabrın 21-dən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatında olan muxtar respublika sakinlərinin istifadə müddəti bitmiş, itirilmiş yaxud da istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhəri, Rəşid Behbudov küçəsi 130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan MR Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenilənməsi prosesi 2022-ci il noyabrın 5-dək uzadılıb. Tel:(012) 590-64-43,590-64-31”.