Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Beynəlxalq Qadınlar Günü qeyd olunub

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-də Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 8 mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik, möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər diləyib.

Bəxtiyar Əsgərov qeyd edib ki, bu gün bir gül, yaxud bir sözlə təbrik etdiyimiz insanlar həyatımızın ağır, məsuliyyətli yükünü çiyinlərində çəkən müqəddəs analarımız, Vətənimiz qədər sevdiyimiz ləyaqətli Azərbaycan xanımlarıdır. Xoş rəftarı, səmimi, qarşılıqsız sevgisi, gülər üzü, sevgi dolu sözləri, yüksək insani keyfiyyətləri, dəyərləri özündə ehtiva edən gözəl, anlayışlı, qürurlu, qeyrətli analarımıza, bacılarımıza, qızlarımıza hər bayram günü verəcəymiz hədiyyə onlara ürəyimizdə bəslədiyimiz hörmət və ehtiramdan qiymətli ola bilməz. Cəmiyyətin, sivil mədəniyyətin inkişafı məhz qadınlara verilən qiymətlə, onlara münasibətin forma və dərəcəsi ilə ölçülməklə bərabər, qadınların da cəmiyyətdə tutduqları mövqe ilə bağlıdır. 1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasionalının qurultayında alman sosialist qadını Klara Setkinin təklifi ilə qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 mart Dünya Qadınlar Günü kimi qəbul edilmişdir. 1975-ci il Beynəlxalq Qadınlar ili olaraq qeyd edilmiş, 1977-ci ildə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında isə 8 mart Qadın Hüquqları və Beynəlxalq Sülh Günü olaraq qəbul olunmuşdur.

Azərbaycanda qadına münasibət milli-mənəvi dəyərlərimizin əsasıdır. Azərbaycan qadını öz ağlı və mərdliyi, saflığı və sədaqəti ilə tarixən milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır və bu gün də belədir.

Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə dövlət qadın siyasəti daha da möhkəmlənmişdir. 1995-ci ildə qəbul edilmiş müstəqil respublikamızın ilk Konstitusiyasında qadınların kişilərlə bərabər hüququnu təsdiq edən maddə və bəndlərin təsbiti xalqımızın ümummilli lideri, milli Konstitusiyamızın müəllifi olan Heydər Əliyevin qadın hüquqlarına böyük diqqət və qayğısını təzahür göstərir. Məhz ümummilli lider Heydər Əliyev qadın əməyinə, qadın fəaliyyətinə, onların cəmiyyətdə, ictimai və dövlət işlərində önə çəkilməsinə daim çox böyük qayğı ilə yanaşmış, respublika qadınlarının ilk milli Qurultayının keçirilməsinə birbaşa rəhbərlik etmişdir. Tariximizdə çox mühüm hadisə olan bu mötəbər tədbirdə ulu öndər Heydər Əliyev demişdir: “Mən sizə və sizin şəxsinizdə bütün Azərbaycan qadınlarına təşəkkür edirəm. Qəhrəmanlığınıza görə, dözümlülüyünüzə görə, ölkəmizə, millətimizə, dövlətimizə sədaqətinizə görə və xüsusən Azərbaycanın son illərdəki ağır anlarında, dövrlərində dövlətçiliyimizə, bir prezident kimi şəxsən mənə dayaq olduğunuza görə Sizə təşəkkür edirəm, çox sağ olun, Sizə xoşbəxtlik, can sağlığı arzulayıram!”. Bu, Azərbaycan qadınlarının zəhmətinə verilən ən yüksək qiymət idi. Məhz ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı, birbaşa göstərişi ilə Azərbaycan həm də BMT-nin “Qadınlara qarşı hər cür ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasına qoşulmuşdur. Ümummilli liderimiz Heydər Əliyev 2000-cı il 6 mart tarixli “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərmanı ölkəmizdə qadın siyasətinin gerçəkləşməsinə xidmət etmiş, həmin sənəd 2001-ci ildə bütün dünya dövlətləri tərəfindən ən yaxşı sənəd kimi qəbul olunmuşdur..

Bəxtiyar Əsgərov vurğulayıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət qadın siyasətinin möhkəm təminatçısıdır. Respublika qadınlarının ikinci qurultayının keçirilməsi, Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Milli Fəaliyyət Planında bu ilədək “Qaçqın və məcburi köçkün” kimi təsbit olunmuş qadınlar, “Qadın və məşğulluq” və digər mühüm məsələlərin həlli, 2006-cı ildə parlamentdə “Gender bərabərliyi haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul edilməsi ölkəmizdə dövlət qadın siyasətinin möhkəmləndirilməsi üçün mühüm addımlardır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev qadınlarımıza yüksək qiymət verərək demişdir: “Milli varlığımızın ifadəsi olan zəngin mədəni-mənəvi irsimizin, ana dilimizin və adət-ənənələrimizin əsrlərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının müstəsna xidməti vardır. Tariximizin mürəkkəb sosial-siyasi dəyişikliklərlə müşayiət olunduğu dövrlərdə onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. XX yüzilliyin ilk onilliklərində, bəzi qabaqcıl ölkələrin qadınlarından daha əvvəl seçki hüququ qazanaraq ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmələri onların gələcək uğurlarının da rəhni olmuşdur. Qürurverici haldır ki, müsəlman Şərqində qadınlar arasında incəsənətin, elmin və texnikanın bir çox sahələri üzrə ilk addımı məhz mənəviyyatında milliliklə müasirliyin əsl vəhdətini yaratmış Azərbaycan qadını atmışdır”.

Bəxtiyar Əsgərov bildirib ki, adi günlərdə özünü həyat yoldaşına, uşaqlarına və ev işlərinə sərf edən Azərbaycan qadını taleyüklü bütün məsələlərin həllində və müharibələrdə tam fərqli və xarizmatik obraz nümayiş etdirib. Bu, Azərbaycan qadınının qəhrəman və igidlik obrazıdır. Ötən il 44 günlük Vətən müharibəsində şücaət, igidlik göstərən, səbir nümayiş etdirən xanımlar- əsgər və zabitlərimizin anası da, bacısı da, həyat yoldaşı da məhz Azərbaycan qadınıdır. Analarının onlara verdiyi sevgi hərbçilərdə Vətən sevgisini yaradan birinci və ən əhəmiyyətli amildir. Əzəli torpağımız olan Qarabağda qısa müddət davam edən döyüşlərdə Azərbaycan qadını hər an əsgərlərimizin yanında oldu, gecə-gündüz onlar üçün dualar etdi, onlarla birlikdə xidmət etdi. Yaralı əsgərlərimizə tibbi yardım göstərən həkim qadınlarımız isə hər bir əsgərimizə, zabitimizə öz övladı, qardaşı kimi baxdı, onu əzizləyib qayğısına qaldı, başına sığal çəkdi. Bəzi qadınlarımız cəbhəyə öz əlləri ilə hazırladığı yeməkləri, ədviyyatları, evində olan isti paltarları göndərdi. Hətta cəbhədə heç bir qohumu olmayan qadınlar belə bu cür addımlar atırdılar. Ön cəbhədə olan hər bir əsgər və zabiti Azərbaycan Qadını özünün əzizi, doğması saydı. Azərbaycan qadınının siması olan ölkənin birinci xanımı Mehriban Əliyevanın müharibənin ilk günlərində Silahlı Qüvvələrin Baş Hərbi Hospitalında yaralı qazilərimizi görüşü, onları ziyarət edərkən kövrəlməsi və gözlərindən axan yaş bütün dünyaya və insanlığa bir sevgi mesajı idi. Əslində, Mehriban xanımın gözlərindən axan yaş bütün Azərbaycan Qadınlarının, mərhəmətli analarımızın göz yaşları idi. Əsl diplomat və cəsarət sahibi olan Azərbaycan qadınının öz əsgərinə olan sevgisi, ehtiramı bütün ülvi hisslərdən öndə idi. Cəsurluğu ilə nümunə olan, hətta əlinə silah alıb aktiv döyüşlərə qatılmaq istəyən Azərbaycan qadınının bəziləri Vətən müharibəsində həyat yoldaşını, övladını, qardaşını və ya atasını itirdi. Bu məsələdə də, qadınlarımız dünyanı heyran buraxacaq hərəkətlər etdilər. Məsələn, təmsil etdiyimiz Naxçıvan Muxtar Respublikasından olan şəhidlərimizin, onların nəşinin ana və bacıları, həyat yoldaşları tərəfindən necə yüksək şərəf və ləyaqətlə qarşılandıqlarının birbaşa şahidləri olduq. Siz hamınız bunun şahidlərisiniz. Təklikdə və gizlində içində ağladı Azərbaycan Qadını. Bəzən əzizinin tabutunu yerdən qaldırıb başı üzərində məzaradək apardı. Həmin anda onun dilində yalnız bir söz vardı: “Təki Vətən sağ olsun”. Dünyada yalnız Türk və Azərbaycan qadınının dediyi bu söz vətən üçün qadınlarımızın canından çox sevdiyi doğmalarını belə qurban verməyə hər an hazır olduğunu bir daha göstərdi.

Daimi nümayəndəliyin rəhbəri qeyd edib ki Naxçıvan Muxtar Respublikasında qadınların cəmiyyətin ictimai-siyasi həyatında rolu getdikcə artır, genişlənir. Bu, bir tərəfdən Naxçıvanda qadın fəallığı sahəsində çoxəsrlik tarixə söykənən zəngin ənənələr, digər tərəfdən isə muxtar respublikada həyata keçirilən, icra edilən dövlət-qadın siyasəti ilə birbaşa bağlıdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanda qadın adının həmişə uca tutulduğunu, qadına böyük ehtiram göstərildiyini bildirərək demişdir: “Gələcəyini düşünən hər bir ölkə qadına yüksək dəyər verir. Bu gün Azərbaycan qadınları da cəmiyyətin hər bir sahələrində uğurla çalışır. Təhsili, dünyagörüşü və mədəni səviyyəsi ilə seçilir. Eləcə də ölkəmizi beynəlxalq aləmdə təmsil edir. Eyni zamanda, bu gün qadınlarımız ailə¬nin aparıcı qüvvəsidir. Çünki ¬ölkəmizin gələcəyi vətənpərvər və təhsilli gənclərdən asılıdır. Vətənpərvər, təhsilli və dünyagörüşlü gənc¬lərin yetişməsində isə anaların böyük əməyi var”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2007-ci il 28 sentyabr tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması muxtar respublikada qadınlara verilən hərtərəfli dəstəyin, onların hüquqlarının yüksək səviyyədə müdafiə edilməsinin göstəricisidir. Muxtar respublikada qadınların fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, onlar hər il Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına, mükafatlara layiq görülür, medal və nişanlarla təltif edilirlər. Belə ki, son illərdə muxtar respublika qadınlarının 166-sı Azərbaycan Respublikasının, 172-si isə Naxçıvan Muxtar Respublikasının fəxri adına və mükafatına layiq görülüb, 148 qadın müxtəlif orden, medal və nişanlarla təltif olunub. Muxtar respublika qadınlarının bütün uğurlarının təməlində dövlətimizin böyük dəstəyi və davamlı qayğısı dayanır. Muxtar respublikada qadınların həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi xalqımızın uğurlu, xoşbəxt sabahına, firavanlığına ən ciddi təminatlardan biridir.

Sonda Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində çalışan xanım əməkdaşlara hədiyyələr təqdim edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO