CƏMİYYƏT


Naxçıvanın Bakıdakı nümayəndəliyində Dövlət Bayrağı Günü qeyd edilib

Naxçıvanın Bakıdakı nümayəndəliyində Dövlət Bayrağı Günü qeyd edilib

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 6-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunam tədbir keçirilib.

Daimi nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, qurumun rəhbəri Bəxtiyar Əsgərov çıxış edərək müstəqil Azərbaycanın bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi qeyd edilməsinin əhəmiyyəti haqqında danışıb.

Sonra müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb, bu günün yaranmasında ulu öndər Heydər Əliyevin rolu vurğulanıb.

Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılıb. Tədbirdə Ümummilli Liderin bu sözləri xatırlanıb: “Bayrağımız dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir. Bundan sonra bu şanlı bayrağımızı gələcək nəsillərə ötürmək və yaşatmaq gənclərin çiyinləri üzərinə düşür”.

Qeyd edilib ki, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, əzmlə, prinsipiallıqla həyata keçirilməsi Azərbaycanı regionun ən güclü dövlətlərindən birinə çevirib. Noyabrın 9-unun Dövlət Bayrağı Günü kimi qeyd edilməsi məhz dövlətimizin əsas atributlarından olan bayrağımıza və müstəqilliyimizə Prezident İlham Əliyevin verdiyi ən böyük dəyərdir.

Bildirilib ki, 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Həmçinin Prezident İlham Əliyevin təşəbbüsü ilə ucaldılan ən hündür bayrağın Azərbaycanda olması tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Azərbaycan bayrağı 162 metr yüksəklikdə dalğalanır. Azərbaycan Respublikasının Dövlət bayrağı Meydanında qurulmuş gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

B.Əsgərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında hər il noyabrın 17-də Bayraq Günü qeyd olunur. O bildirib ki, Muxtar Respublikası Ali Məclisinin Sədri 2014-cü il 17 noyabr tarixli “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” və 2014-cü il 22 avqust tarixli “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyinin yaradılması haqqında” sərəncamları milli dövlətçilik ənənələrinə dərin hörmətin ifadəsi, xalqa, Vətənə sevginin təzahürüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.