REGİONLAR
Naxçıvanlı alimin həmmüəllifi olduğu monoqrafiya Ukraynada işıq üzü görüb
Naxçıvan, 6 iyul, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Poltava Dövlət Texniki Universitetinin birgə əməkdaşlığı çərçivəsində “İqtisadiyyatın enerji effektivliyi: problemləri bu gün və sabah” adlı monoqrafiya Ukraynada nəşr edilib.
Bölmənin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, institutun iqtisadiyyat şöbəsinin müdiri Sevinc Cabbarovanın həmmüəllifi olduğu monoqrafiyada naxçıvanlı alimin “Naxçıvan Muxtar Respublikasının enerji effektivliyin xüsusiyyətləri” adlı elmi məqaləsi öz əksini tapıb.
Məqalədə muxtar respublikanın enerji təhlükəsizliyi və enerji effektivliyi sahəsində idxaldan ixraca keçdiyi tarixdən, mövcud vəziyyət və inkişaf istiqamətlərindən bəhs edilir. Həmçinin bu sahəyə qoyulan investisiyalardan və müxtəlif beynəlxalq sazişlərdən, eləcə də bərpa olunan enerji mənbələrinin muxtar respublikada istifadəsindən söz açılır. Sevinc Cabbarova məqalədə bərpa olunan və alternativ enerji mənbələrindən istifadənin bütövlükdə regionun enerji effektivliyinin artmasına səbəb olacağını əsaslandırır.
Müəlliflər monoqrafiyanın sonunda bərpa olunan enerji sahəsini inkişaf etdirməyə dair tövsiyələr verirlər.