REGİONLAR
Naxçıvanlı idmançılar açıq çempionatda 8 medal qazanıblar
Naxçıvan, 9 fevral, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının yetirmələri Bakı şəhərindəki Hövsan Olimpiya-İdman Kompleksində keçirilən pankration, qrapplinq və MMA üzrə Bakı şəhər açıq çempionatında 8 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, 14-15 yaşlı idmançılar arasında Şərq Döyüş Sənəti Federasiyasının yetirməsi Fərid Məhərrəmov həm pankration, həm də qrapplinq növlərində bütün rəqiblərini məğlub edərək 2 qızıl medal əldə edib. Pankration növündə 12-13 yaşlı idmançıların yarışında mübarizə aparan Mirməhəmməd Seyidov da muxtar respublikaya qızıl medalla qayıdıb. Bu növdə Oğuz Məmmədli (8-9 yaş) bürünc medal qazanıb.
MMA və qrapplinq idman növlərində isə idmançılarımız 4 medal əldə ediblər. Belə ki, Rəzzaq Əliyev, Fərid Əliyev, Orxan Həsənov və Ayxan Həsənov çempionatın üçüncüsü olublar.
Sonda yarışın qaliblərinə müvafiq dərəcəli diplomlar verilib, xatirə hədiyyələri təqdim olunub.