Nazir: Regionda davamlı sülh, əmin-amanlıq və inkişaf üçün normal qonşuluq münasibətlərindən başqa bir seçim yoxdur

Bakı, 7 iyul, AZƏRTAC
Otuz il ərzində Ermənistanla müharibə şəraitində yaşamışıq və bu dövrdə heç bir danışıqlar müsbət nəticə verməyib. Bölgədəki hər kəs başa düşməlidir ki, regionda davamlı sülh, əmin-amanlıq və inkişaf üçün normal qonşuluq münasibətlərindən başqa bir seçim yoxdur. Hesab edirəm ki, Ermənistan siyasi rəhbərliyi bu reallıqları başa düşəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov söyləyib.
“Münasibətlərin irəli aparılması üçün beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmalıdır. Azərbaycan hər zaman buna çalışır. Bu, bölgə ölkələri tərəfindən qəbul edilməlidir. Müasir dünyada gedən proseslər çərçivəsində ölkələr və beynəlxalq təşkilatlar da beynəlxalq hüquqdan kənar davranışların nə qədər böyük fəsadlara gətirib çıxaracağını daha aydın başa düşürlər”, - deyə nazir qeyd edib.
Sərhədlərin delimitasiyasının uzun vaxt tələb edən bir proses olduğunu bildirən C.Bayramov deyib: “Ermənistan-Azərbaycan münasibətlərinin keçmişini nəzərə alaraq, başa düşürük ki, bu, sadə proses deyil, kifayət qədər həssas məqamlardır. Ancaq prosesin başlamasının özü müsbət addımdır”.
Nazir, həmçinin qeyd edib ki, delimitasiya komissiyasının həmsədrləri növbəti iclasın vaxtını hələ razılaşmayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2025 [14:25]
Çin mediası Azərbaycan Prezidentinin dövlət səfərinə geniş yer ayırıb
- 23.04.2025 [14:06]
Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib
- 23.04.2025 [13:03]
Azərbaycanın ərazi bütövlüyünün tam təmin olunmasından iki il ötür
- 23.04.2025 [09:14]
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Gürcüstandadır
- 22.04.2025 [18:43]
Azərbaycanın xarici siyasəti müasir dövrdə: Şərqə və Asiyaya doğru TƏHLİL
- 22.04.2025 [18:00]
Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB VİDEO
- 22.04.2025 [14:53]