Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

Naxçıvan, 30 aprel, AZƏRTAC

Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Naxçıvan şəhərindəki Biznes Mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dövlət başçısının 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-nin Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunduğunu bildirib, əlamətdar gün münasibətilə muxtar respublika sahibkarlarını təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

Səlahiyyətli nümayəndə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə özəl sektorda sistemli islahatlar aparılır. Bunun nəticəsidir ki, ölkəmizdə sağlam iqtisadi inkişaf modeli formalaşıb, makroiqtisadi sabitliyə nail olunub, sosial rifah göstəriciləri yüksəlib. Belə ki, 2003-cü illə müqayisədə ümumi daxili məhsulumuz 7 milyard dollardan 72 milyard dollara, valyuta ehtiyatlarımız 1,6 milyard dollardan 69,5 milyard dollara, minimum əməkhaqqı 9 manatdan 345 manata, minimum pensiya 20 manatdan 280 manata çatdırılıb, yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə düşüb. “Bu gün Azərbaycanda özəl sektorun inkişafı, istehsalın genişləndirilməsi və ixrac potensialının artırılması iqtisadiyyatın strateji prioritetlərindəndir”, - deyən Fuad Nəcəfli vurğulayıb ki, dövlət başçısının təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat”ın formalaşdırılması əsas hədəf kimi götürülüb. Hazırda ölkəmizdə inklüziv və özəl təşəbbüslərə əsaslanan iqtisadi artımın təmin edilməsi, cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi, dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, ixracatın diversifikasiyası, biznesə dost dövlət idarəetməsinin yaradılması və xarici bazarlara yerli məhsulların çıxışının artırılması, ticarət rejimlərinin daha da liberallaşdırılması təməl prinsiplər kimi müəyyənləşdirilib. Reallıq ondan ibarətdir ki, ölkəmizdə sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlar sırasında institusional tədbirlər də xüsusi yer tutur. Ötən dövrdə məhkəmə-hüquq sistemində şəffaflıq artırılıb, haqsız rəqabətin qarşısı alınıb, dövlət vergi və gömrük siyasəti sahibkarlıq fəaliyyətinə uyğun stimullaşdırılıb.

O diqqətə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda özəl sektorun inkişafı ilə bağlı mühüm fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Əlverişli biznes mühitinin yaradılması, hüquqi və fiziki şəxslərə vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlərin tətbiq edilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi, bank və sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiqi, ən əsası isə azad iqtisadi zonaların yaradılması Dövlət Proqramında nəzərdə tutulan vəzifələrdir. Naxçıvan Muxtar Respublikasının bütün ərazisini əhatə edən Azad iqtisadi zonanın yaradılmasına hazırlıq məqsədilə aidiyyəti qurumların rəy və təklifləri əsasında xüsusi iqtisadi rejimin tətbiq edilməsi ilə bağlı konsepsiya və hüquqi sənədlər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Həmçinin Dövlət Proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının bütün ərazisində gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması və ixraca logistik dəstək verilməsi sahəsində də işlər aparılır.

Fuad Nəcəfli qeyd edib ki, sahibkarlığın inkişafında diqqətə alınacaq ilk məsələ ixrac mexanizminin düzgün qurulmasıdır. Bu işdə sahibkarların üzərinə düşən məsələ rəqabətqabiliyyətli məhsul istehsal etməkdirsə, dövlətin öhdəlikləri isə logistik dəstək, gömrük və vergi güzəştləri, təşviqat metodlarının müəyyən edilməsi və digər bu kimi tədbirlərdir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın üçüncü prioritet istiqaməti də “İxracyönlü sənayenin yaradılması” ilə bağlıdır. Artıq bu istiqamətdə də tədbirlərin icrasına başlanılıb. Xüsusilə də sənaye parklarının yaradılması, Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təmin edilməsi, ixrac coğrafiyasının şaxələndirilməsi, ixracyönümlü potensial sənaye sahələri üzrə layihələrin hazırlanması davam etdirilir. Dövlət Proqramı Naxçıvanda digər sahələr kimi, özəl sektorun inkişafı üçün də geniş imkanlar açacaqdır.

Səlahiyyətli nümayəndə bildirib ki, qarşıda bizi mühüm vəzifələr gözləyir. Dövlət özəl sektorun inkişafı ilə bağlı öhdəlikləri yerinə yetirir. Sahibkarlar da bu işə dəstək verməli, muxtar respublikada dövlət-özəl tərəfdaşlığına əsaslanan yeni inkişaf modeli müəyyənləşdirilməli, ixracyönümlü məhsul istehsalına nail olunmalıdır.

Səlahiyyətli nümayəndə Fuad Nəcəfli bu işdə hər bir sahibkara uğurlar arzulayıb, investisiya qoyuluşunda fəal iştiraka dəvət edib.

Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov muxtar respublika iqtisadiyyatının dinamik inkişafında müsbət meyillərin getdikcə artdığını diqqətə çatdıraraq vurğulayıb ki, 2023-cü ildə ümumi məhsul istehsalı 1 milyard 550 milyon manatdan çox olub. 2024-cü ilin I rübü ərzində ümumi daxili məhsul istehsalı 318 milyon 794 min manat olub ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.

Nazir müavini qeyd edib ki, muxtar respublika iqtisadiyyatında şəffaflaşma məqsədilə 2024-cü ilin mart ayınadək yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirlərinin minimuma endirilməsi kimi yumşaq gücə üstünlük verilib. Ötən il 2022-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb. Eyni zamanda, ötən bir il ərzində Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında müasir standartlara cavab verən və vergi orqanının təqdim etdiyi elektron xidmətlər göstərən vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib. 2023-cü ildə xidmət mərkəzləri tərəfindən göstərilən xidmətlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə, 2024-cü ilin I rübü ərzində isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb. 2023-cü ildə özəlləşdirmədən daxilolmalar 2,3 milyon manat təşkil edib ki, bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə, 2024-cü ilin I rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalar 12,3 dəfə, özəlləşdirilən əmlakların sayı isə 6 dəfə artıb.

Abbas İsmayılov vurğulayıb ki, sahibkarlığın sürətli inkişafında ən önəmli amillərdən biri maliyyə əlçatanlığıdır. 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən 40 investisiya layihəsinin maliyyələşdirilməsinə 6,2 milyon manat güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilib. Bunun 84,8 faizi sənaye məhsullarının istehsalına, 11,7 faizi kənd təsərrüfatına, 3,5 faizi isə xidmət sahələrinə yönəldilib. 2024-cü ilin yanvar-mart ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 33,3 faiz, verilmiş güzəştli kreditlərin məbləği isə 2,5 dəfə artıb. Ötən il muxtar respublikanın bank strukturları və kredit təşkilatları tərəfindən real sektora 130,4 milyon manatdan çox kredit verilib ki, bu, 2022-ci ilin müvafiq göstəricisindən 2,7 dəfə çoxdur.

Dövlət dəstəyi ilə sahibkarların yerli və xarici ölkələrdə keçirilən biznes-forum, sərgi və konfranslarda iştirakının təmin edilməsi ixracın artmasına əlverişli şərait yaradıb, 2023-cü ildə Naxçıvanda istehsal olunan qida sənayesi, kənd təsərrüfatı, tikinti və mebel məhsulları 9 ölkəyə ixrac edilib. 2023-cü ildə verilmiş mənşə sertifikatlarının sayı 2022-ci illə müqayisədə 24,4 faiz, 2024-cü ilin ilk rübü ərzində bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıb. Bu işlərin davamı olaraq Türkiyə Respublikası ilə ticarət əməliyyatlarında yarana biləcək çətinliklərin operativ həll edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin məsul nümayəndələrindən ibarət işçi komissiyası yaradılıb. Abbas İsmayılov Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı ticarət nümayəndəsi Tamerlan Tağıyevin təbriklərini çatdırıb.

Naxçıvan Muxtar Respublikası sahibkarlarını təmsil edən Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov da tədbirdə çıxış edərək muxtar respublikada sahibkarlığın inkişafı ilə bağlı görülən işlərdən danışıb. Bildirib ki, dövlətimiz sahibkarlıq mühitinin inkişafı məqsədilə ardıcıl tədbirlər görür, onlara davamlı dəstək mexanizmi tətbiq olunur. Bu imkanlardan istifadə edən sahibkarlar muxtar respublikada əldə olunan iqtisadi inkişafa mühüm töhfələr verirlər.

“Ləzzət Qida Sənaye” ММC-nin direktoru Teymur Rzayev çıxışında dövlətin sahibkarlığın inkişafına göstərdiyi qayğını yüksək qiymətləndirib.

Tədbirdə Sahibkarlar Gününə həsr edilmiş film nümayiş olunub.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 26 aprel 2024-cü il tarixli Sərəncamı ilə sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən Səxavət Hümbətov, Namiq Novruzov, Seyfəddin Rəhimov və Teymur Rzayev “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunublar. Təltif olunan sahibkarlara nişanları təqdim edilib.

Tədbirdə sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, problemləri qeydə alınıb.

Sonda Türkiyə Respublikası tərəfindən tətbiq olunan sərhədyanı ticarət rejiminin, eləcə də Türkiyə Respublikası tərəfindən muxtar respublikaya tətbiq olunan güzəştli ticarət rejiminin, muxtar respublikada istehsal olunan məhsulların ixrac prosedurlarının və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yeni istifadəyə verilən saytının təqdimatları olub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb

AQTA: Qəhvəyi mərmər bağacığı ilə mübarizədə əhalinin fəallığı vacibdir

Beynəlxalq paralimpiya nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

Azad Füzuli tarixi Zəfərin qürurunu və Böyük Qayıdışın sevincini yaşayır ŞƏRH

İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır

Volodimir Zelenski Antonio Koşta və Ursula Fon der Lyayenlə görüşünün nəticələrini açıqlayıb

BMT-nin fəaliyyətinin təkmilləşdirilməsi, təşkilatda islahatların aparılması zəruridir - ŞƏRH