İQTİSADİYYAT


Nazir Ruhsar Pekcan: Azərbaycanla sərbəst iqtisadi əməkdaşlıq etməyi hədəfləyirik

Ankara, 13 sentyabr, AZƏRTAC

Azərbaycanın Milli Məclisinin Sədri Sahibə Qafarovanı nazirliyimizdə görmək bizim üçün qürurverici oldu. Azərbaycan bizim üçün dost və qardaş ölkədir. Əlaqələrimiz geniş və dinamik inkişafdadır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Ticarət naziri Ruhsar Pekcan Azərbaycanın Milli Məclisinin Sədri Sahibə Qafarova ilə görüşün nəticələrini dəyərləndirərkən deyib.

Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə iqtisadi əlaqələrin daha da gücləndirilməsi, təcrübə mübadiləsi, qarşıda duran maneələrin azaldılması istiqamətində əməkdaşlıq etdiklərini diqqətə çatdıran nazir Ruhsar Pekcan deyib: “Hədəfimiz sərbəst iqtisadi əməkdaşlığa dair razılaşma imzalamaqdır. Burada, eyni zamanda, gömrük-keçid xidməti xərclərinin azaldılması da nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası ilə də əməkdaşlığın artırılması istiqamətində bir sıra işlər aparılır. Azərbaycan Milli Məclisinin sədrinin xanım olmasını da nəzərə alaraq iş qadınlarının dəstəklənməsində bizimlə həmfikir olduğunu düşünürük və bu istiqamətdə bir layihə də hazırlamışıq. Bu və digər sahələr üzrə əməkdaşlığımızı davam etdirəcəyik”.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.