İQTİSADİYYAT


Nazir: Səkkiz ayda Azərbaycanla Qazaxıstanın ticarət dövriyyəsinin həcmi 11 faiz artıb VİDEO

Bakı, 9 oktyabr, AZƏRTAC

Cari ilin 8 ayında Azərbaycanla Qazaxıstanın ticarət dövriyyəsinin həcmi 11 faiz artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 9-da Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 16-cı iclasında Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 55,4 faiz artaraq təxminən 221 milyon ABŞ dollarına yaxın olub: "2018-ci ildə ixrac 36,1 faiz, idxal isə 61,5 faiz artıb. Cari ilin 8 ayı ərzində də ticarət dövriyyəsinin həcmidə 11 faiz artım müşahidə olunur. İlin sonunadək Nur-Sultan şəhərində açılacaq Azərbaycan Ticarət Evi daha çox məhsul ixracına imkan yaradacaq. Həm energetika, nəqliyyat, kənd təsərrüfatı, həm də digər sahələrdə əməkdaşlığımız və qarşıya qoyulan məqsədlər ölkələrimizin inkişafına töhfə verəcək".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.