İQTİSADİYYAT


Nazirlik: 15 obyektdə sanitariya-gigiyena tələbləri pozulub

Bakı, 1 dekabr, AZƏRTAC

Son günlər koronavirus infeksiyasına yoluxanların artan dinamikası pandemiya şəraitinin zəruri qaydalarına daha ciddi əməl olunmasını tələb edir. Bu baxımdan İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) zəruri qayda və tələblərə əməl olunmasına nəzarəti daha da gücləndirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 30-da keçirilən monitorinqlər zamanı Yasamal rayonunda “Bizim market”də, Nazim Ağakişiyevə məxsus ərzaq mağazasında, Səbail rayonunda “Ef market”də, “Nə alsan 1 manat” pərakəndə ticarət obyektində, Binəqədi rayonunda “İqlim mağazası”nda, Mirələm Quliyevə, Məhəmməd Məmmədova məxsus pərakəndə ticarət obyektlərində, Suraxanı rayonunda “Araz supermarket Qaraçuxur-2”də, Nəsimi rayonunda Hüseynqulu Əsgərova məxsus mağazada, Sabunçu rayonunda Asif Mustafayevə məxsus dülgər sexində, Nizami rayonunda “Bazarstore”da, Xətai rayonunda Əmrah İsmayılova məxsus “İnşaat materialları mağazası”nda, Zöhrab İbrahimova məxsus geyim mağazasında, Nərimanov rayonunda Elşən Tağıyevə, Elçin Həbibova məxsus pərakəndə ticarət obyektlərində, ümumilikdə 15 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.