Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Neft strategiyasının uğurla reallaşması hədəflərin gerçəkləşməsində əhəmiyyətli rol oynayır

Neft strategiyasının uğurla reallaşması hədəflərin gerçəkləşməsində əhəmiyyətli rol oynayır

Bakı, 6 avqust, AZƏRTAC

Zaman amili islahatların sürətini, dərinliyini, səmərəliliyini təmin etmək, ölkənin inkişafı, xalqın rifahının yüksəldilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin vaxtında icrasına nail olmaq üçün başlıca faktorlardan biridir. Azərbaycanın bu gün dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizədə nümayiş etdirdiyi təkmil təcrübə keçilən yolun təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, bu reallığa da işıq salır ki, hər bir ölkənin inkişafında əsas faktor olan iqtisadiyyatın düzgün əsaslar üzərində qurulması, inkişaf konsepsiyasının təkmilliyi hər bir çətinliyi aradan qaldırmaq üçün böyük əsasdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın malik olduğu zəngin enerji resurslarından səmərəli istifadəsini təmin etdi. Məhz iqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin nəticəsi idi. 2003-cü ildən bəri neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafına, iqtisadiyyatın şaxələndirilməsinə diqqətin artırılması 1999-cu ildə yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin təyinatında şəffaflığın qorunmasına və ədalət prinsipi əsasında bölünməsinə, istiqamətləndirilməsinə yol açdı. Möhtərəm Prezidentimiz İlham Əliyev ölkənin inkişafında neft-qaz amilinin rolunu önə çəkərək bu məqamı da xüsusi qeyd edir ki, əgər inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, həmin ölkələrin uğurlarının təməlində ideya, fikir, innovasiya, elmi-texniki tərəqqi dayanır. Biz də ölkəmizdə müxtəlif istiqamətlərdə islahatlar apararkən müasirləşməyə üstünlük veririk. Bugünkü uğurlarımıza baxış fonunda bu reallığı böyük inam və fəxrlə qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, imzaladığı biri-birindən əhəmiyyətli Fərman və sərəncamlar 10-20 il sonrakı Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi mənzərəsini formalaşdırır. Möhtərəm Prezidentimizin gələcəyə baxış konsepsiyası çoxşaxəli olduğu qədər də konkret və məqsədyönlüdür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

V.Rəhimzadə qeyd edib ki, malik olduğu enerji resurslarından səmərəli istifadə etmək məqsədilə təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması istiqamətində ciddi səylər göstərən Azərbaycan 2017-ci ildə “Yeni əsrin müqaviləsi”ni 2050-ci ilədək uzatmaqla qlobal tranzit marşrutlarını bir neçə onillik sonrakı geoiqtisadi və geosiyasi reallıqlara uyğunlaşdırdı. Əməkdaşlığın regional çərçivədən çıxararaq coğrafiyasını genişləndirməsi ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin təqdimatıdır. Pandemiya dövründə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında Sammitində də Azərbaycanın enerji sektorunda qazandığı uğurlar önə çəkilərək ölkəmizlə Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədinə diqqət yönəldilmiş və bildirilmişdir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. O da etiraf edilmişdir ki, dövlətimizin başçısı İlham Əliyevin bu gün qəbul etdiyi qərarlar daha çox sabahımız, gələcəyimiz üçündür. Alternativi olmayan islahatlar prosesinin dərinləşməsi fonunda müstəqil Azərbaycanın gələcəyini daha aydın görür, ən əsası beynəlxalq maliyyə qurumlarının hesabatlarında ən islahatçı ölkə kimi möhkəmlənən mövqeyinə hər an yeni əlavələr edəcəyini böyük inam hissi ilə qeyd edirik. Məhz bu uğurlarımıza söykənərək cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, mövcud imkanların vəhdəti Azərbaycanın yaranmış vəziyyətdən az itki ilə çıxacağına böyük əsas verir.

“Qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan Dövlət Neft Fondunun vəsaitlərinin təyinatı üzrə xərclənməsinin nəticəsi olaraq ölkəmizin hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələr həyata keçirilir”, - söyləyən V.Rəhimzadə qeyd edib ki, neft siyasətinin məntiqi davamı kimi qeyri-neft sektorunun inkişafına geniş imkanlar açılıb: “Bu məqamı da xüsusi qeyd etməliyik ki, bu günə qədər ümumi daxil məhsul 3 dəfədən çox artıb. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əksini tapan əsas hədəflərdən biri məhz ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, ən əsası inkişaf etmiş ölkələr sırasında addımlamaqdır. Bu gün böyük inamla qeyd edə bilərik ki, bu istəyimiz artıq reallıqdır. Bu gün Azərbaycan dünyanın ən islahatçı, təhlükəsiz, xoşbəxt ölkəsi kimi tanınır, reytinq cədvəlində öncül yerlərdə dayanır”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası nəticəsində dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olur ki, bu da büdcəmizin sosialyönümlülüyünü artırır, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılmasını şərtləndirir. Pandemiya dövründə heç bir sosial layihənin təxirə salınmaması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımların atılması da möhkəm iqtisadi bazaya və maliyyə imkanlarına əsaslanır. Təkcə cari ilin arxada qalan aylarında sosial rifahın yüksəldilməsi yönümündə atılan addımlara diqqət yetirmək kifayətdir. Ötən il ölkə Prezidenti tərəfindən təsdiqlənən iki sosial paket 4,2 milyon insanı əhatə edib. Cari ilin 6 ayında 1,3 milyon nəfərə yaxın şəxsin pensiyaları üçün 2 milyard 250 milyon manat vəsait sərf olunub ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 milyon manat və ya 24,09 faiz çoxdur. Eyni zamanda, 743 min nəfərə sosial müavinət və təqaüd üçün 475 milyon manat vəsait ödənilib ki, bu da 2019-cu ilin müvafiq dövrünə nisbətən 151 milyon manat və ya 46,6 faiz çoxdur. Həmçinin aprel-may aylarında 600 min şəxsə, iyun ayında isə 290 min nəfərə yaxın vətəndaşa aylıq 190 manat birdəfəlik ödəmə olunub.

V.Rəhimzadə onu da vurğulayıb ki, inkişafın Azərbaycan modelinin bu gün beynəlxalq səviyyədə təqdir olunması, eyni zamanda, əksər dövlətlərin təcrübəmizdən istifadə edərək koronavirusa qarşı mübarizədə qalib olmaq üçün səylər göstərməsi də günümüzün reallıqları sırasındadır. Mübarizə tədbirlərinə başlandığı gündən 2008-ci ilin maliyyə və iqtisadi böhranı səviyyəsində problemlərin yaşanacağı kimi fikirlərin gündəmdə olduğu zamanlarda Azərbaycan bu reallığı ortaya qoydu ki, məhz həmin dövrdə də ölkəmizin iqtisadiyyatını düzgün əsaslar üzərində qurması dünyanı bürüyən maliyyə və iqtisadi böhranını az hiss etməsi ilə nəticələndi. Ölkəyə investisiya axınının sürətləndirilməsi, əlverişli sərmayə mühitinin yaradılması, nəhəng enerji şirkətlərinin marağını cəlb etmək neft strategiyasının başlıca tələbləri kimi bu gün də aktuallığını qoruyur. Azərbaycanda böyük sahibkarlar sinfi formalaşıb, qeyri-neft sektorunun inkişafını sürətləndirmək üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək məqsədilə Dövlət Proqramları uğurla icra edilir. Pandemiya dövründə də möhtərəm Prezidentimizin regionlara ardıcıl səfərləri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Prezident İlham Əliyev hər zaman vətəndaşının yanında olduğunu atdığı addımları ilə təsdiqləyir.

V.Rəhimzadə bu mühüm məqamı da xüsusi qeyd edib ki, beynəlxalq enerji bazarlarına çıxmaq üçün investisiya layihələrini qətiyyətlə davam etdirən, adı nüfuzlu xarici şirkətlər sırasında çəkilən SOCAR-ın neft siyasətinin uğurla həyata keçirilməsində rolu davamlılığı ilə diqqətdədir. Əvvəldə də qeyd etdiyimiz kimi, 2018-ci ildə TANAP-ın, həmçinin “Star” neft emalı zavodunun istifadəyə verilməsi bir daha bu reallığı təsdiqlədi ki, SOCAR Türkiyə tarixində ən böyük xarici sərmayəçidir: “Güclü, modern, çevik və rəqabətədavamlı beynəlxalq qurum kimi fəaliyyətini genişləndirən SOCAR-ın xarici ölkələrdə həyata keçirdiyi investisiya layihələri ölkəmizin strateji inkişafına xidmət edir. SOCAR bugünümüzün əsas çağırışları sırasında olan sosial müdafiənin gücləndirilməsi istiqamətində atdığı addımları ilə də diqqətdədir. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında təsdiqlənən regional inkişaf proqramları çərçivəsində bölgələrdə müalicə- diaqnostika mərkəzlərinin tikintisində də SOCAR fəal iştirak edir. Bu gün həmin müalicə-diaqnostika mərkəzləri koronavirus xəstələrinin istifadəsindədir. Diaqnostika mərkəzlərində yaradılan şərait, yüksək ixtisaslı həkim heyəti xəstələrin düzgün müayinəsinə və müalicəsinə böyük dəstəkdir. Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi güclü sosial siyasətin tərkib hissəsi olaraq SOCAR neftçilərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı addımlar atır. Pandemiya dövründə digər müəssisələrdə olduğu kimi, SOCAR-ın bütün strukturlarında da əməkdaşların heç bir ixtisarına yol verilmədən mərhələli iş prosesinin həyata keçirilməsi ilə əməkhaqları ödənilir. Təbii ki, atılan hər bir addım insan amilinə verilən dəyərin dövlət siyasətinin ana xəttini təşkil etməsinin göstəricisidir. Hər bir dövlət qurumu, idarə və müəssisə möhtərəm Prezidentimizin tapşırıqlarına uyğun olaraq öz səylərini daha da artırır, dövlət-vətəndaş birliyinin möhkəmləndirilməsinə öz töhfələrini verir. Bu çətin günlərdə birlik, həmrəylik çağırışları COVID-19-a qarşı mübarizədə qalib olmağın ən vacib şərti kimi önə çəkilir. Azərbaycan təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də atdığı birlik, həmrəylik addımları ilə diqqətdədir”.

Baş redaktor bu ümumiləşdirməni aparıb ki, islahatların zamanın tələbinə uyğun təkmilləşdirilməsi, yeni-yeni hədəflərin gündəmə gətirilməsi qarşıdakı dövrün prioritetlərinə işıq salır. Azərbaycanı inkişaf yoluna çıxaran ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bundan sonra da ölkəmizə möhtəşəm uğurlar qazandıracaq, yeni-yeni layihələrə yol açacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib