ELM VƏ TƏHSİL


Neft və Qaz İnstitutunun əməkdaşları II Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 27 sentyabr, AZƏRTAC

Neft və Qaz İnstitutunun əməkdaşları 27 Sentyabr - Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu barədə AZƏRTAC-a Neft və Qaz İnstitutundan məlumat verilib.

İnstitutun əməkdaşları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, şəhidlərin ruhuna dualar oxuyub və məzarlarının üzərinə çiçəklər düzüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.