CƏMİYYƏT


Neftçala rayonunda qanunsuz ov edən şəxslər yaxalanıb

Bakı, 22 fevral, AZƏRTAC

Neftçala rayonunda qanunsuz ov edən şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayonun Qırmızıkənd kəndi ərazisində qanunsuz ov etdikləri üçün kənd sakinləri B.Sailov və X.Quliyev Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıblar. Onlardan “İJ” markalı iki ov tüfəngi götürülüb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.