REGİONLAR
Neftçalada 1593 hektardan çox sahədə yazlıq əkin aparılıb
Neftçala, 4 mart, Mahir Babayev, AZƏRTAC
Neftçalada cari ilin məhsulu üçün yazlıq əkinə başlanılıb.
Rayonun statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, əkinə mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə 1593,8 hektar yazlıq bitkilər əkiblər. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 hektar və ya 1 faiz çoxdur. Əkin aparılmış sahələrin 1470 hektarını yonca, 89,3 hektarını kartof, 32,5 hektarını tərəvəz bitkisi təşkil edir. Həmçinin rayonda fəaliyyət göstərən pambıq emalı müəssisələri ilə bağlanmış müqavilə əsasında 6 min 31 hektar sahədə pambıq əkilməsi üçün şum da aparılıb.
Qeyd edək ki, ötən il rayonda 5 min 972 hektar sahədə pambıq əkilib, 23 min 41 ton xam pambıq toplanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]