REGİONLAR


Neftçalada bağlardan 261 tondan çox nar yığılıb

Neftçala, 8 oktyabr, Mahir Babayev, AZƏRTAC

Neftçalanın meyvə bağlarında məhsul tədarükünə başlanılıb. Ötən il çoxillik meyvə bağlarından 2358.2 ton məhsul tədarük edən bağbanlar cari ildə də bağlardan bol məhsul götürmək üçün meyvə ağaclarına nümunəvi qulluq göstərmiş, qurumuş, məhsuldarlığı aşağı olan ağaclar yeni tinglərlə əvəz olunmuşdur. Bunun nəticəsində də bağlarda məhsul bol olub.

Rayon statistika idarəsinin rəisi Şahin Mənəfov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ilin ötən ayları ərzində neftçalalı bağbanlar indiyədək bağlardan 1127.5 ton məhsul götürüblər. Yığılan məhsulun 118.1 tonunu alma, 46.8 tonunu armud, 57.9 tonunu ərik, 11.4 tonunu albalı, 26.8 tonunu şaftalı, 230.1 tonunu gavalı, 166.8 tonunu alça, 26.6 tonunu gilas, 261.8 tonunu nar, 16.6 tonunu fındıq, 72.2 tonunu heyva və 92.4 tonunu isə sair meyvələr təşkil edir.

Qeyd edək ki, hazırda Neftçalada 595.8 hektar meyvə bağı vardır ki, bunun da 96 faizdən çoxu bar verəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.