REGİONLAR
Neftçalada bu il 10 min 100 hektar sahədə pambıq əkiləcək
Neftçala, 8 may, Mahir Babayev, AZƏRTAC
Ölkədə aqrar sektorun, xüsusilə pambıqçılığın dinamik inkişafına nail olmaqla bağlı qarşıya qoyulan vəzifələr Netçlada uğurla icra olunur.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən il 2 min ton pambıq istehsal edən əkinçilər bu mövsüm pambıq sahələrini 10 min 100 hektara çatdırmaqla 2 min ton “ağ qızıl” istehsal etməyi planlaşdırıblar. Bu günə kimi əkin sahələrini 60 faizində çiyid səpini aparılıb və səpin işləri sürətlə davam etdirilir.
Əsasən “Ağ qızıl”, “korogen” və “Marış” kimi yüksək repreduksiyalı toxumların əkininə üstünlük verən fermerlər bu il bol məhsul istehsal etmək niyyətindədirlər. Bunun üçün ilk növbədə aqrotexniki tədbirlərə ciddi əməl olunur, intensiv istehsal üsullarına üstünlük verilir.