REGİONLAR


Neftçalada yazlıq əkinlərin sahəsi 23 faiz artıb

Neftçala, 8 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Neftçala rayon təsərrüfatlarında 11356,4 hektar sahədə yazlıq əkin aparılıb. Keçən ilin eyni dövrü ilə müqayisədə yazlıq əkin sahəsi 2133,8 hektar və ya 23,1 faiz artıb.

Rayon Statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 11356,4 hektar yazlıq əkin sahələrinin 1948,7 hektarı təzə yonca (payızlıq və yazlıq), 147 hektarı kartof, 148,3 hektarı tərəvəz, 74 hektarı bostan, 8790,9 hektarı pambıq, 219,5 hektarı dənli paxlalı bitkilər, 28 hektarı isə qarğıdalı bitkisinin payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.