İDMAN
“Neftçi”-“Şkupi” matçının UEFA nümayəndəsi və hakim-inspektoru müəyyənləşib
Bakı, 20 avqust, AZƏRTAC
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” (Bakı) - “Şkupi” (Şimali Makedoniya) matçının UEFA nümayəndəsi və hakim-inspektoru müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, oyunun UEFA nümayəndəsi Oleq Molçanov (Moldova), hakim-inspektoru isə Orhan Erdemir (Türkiyə) olacaq.
Bundan əvvəl “Neftçi” -“Şkupi” matçının hakim təyinatları da açıqlanmışdı. Oyun Latviyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Aleksandrs Qolubevs olacaq. Ona Raymonds Tatriks və Yevgeniys Morozovs kömək edəcəklər. Dördüncü hakim funksiyasını Artis Kenins yerinə yetirəcək.
Qeyd edək ki, avqustun 27-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Şkupi” oyunu saat 20:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [21:19]
Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib
- 10.05.2024 [19:39]
Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb
- 10.05.2024 [19:11]
İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu
- 10.05.2024 [18:32]
Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim
- 10.05.2024 [18:21]
İdmanda böyük inkişaf Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır
- 10.05.2024 [18:14]
Azərbaycan ilk dəfə Olimpiadada iki badmintonçu ilə təmsil olunacaq
- 10.05.2024 [17:57]